BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Ekspertlər: Gələn il dünyada neft məhsullarına tələbat daha da azalacaq

19:34 / 10-09-2015   /   baxış - 667

Enerji İnformasiyaları Administrasiyası (EİA) bu il ilk dəfə olaraq 2016-cı il üçün neft məhsullarına olan tələbat üzrə proqnozunu aşağı salıb. Təşkilat bu dəyişikliyi Asiya bölgəsində yaranan iqtisadi yavaşlama ilə izah edib. Bununla da keçən ay 95,08 mln. barel həcmində proqnozlaşdırılan gündəlik neft istehlakı proqnozu 94,93 mln. barelə qədər azaldılıb.

"Report"un EİA-nın aylıq hesabatına istinadən verdiyi xəbərə görə, Administrasiyanın təhlilçisi Timoti Hessin fikrincə, bu azalma inkişafda olan bazarlarda müəyyən bədbin əhval-ruhiyyənin artmasını əks etdirir.

Qeyd edək ki, sentyabrın 8-də Pekində dərc edilən statistik hesabata əsasən, avqustda Çinin neft idxalı iyuldakı rekord həddən 13% azalaraq gündəlik 6,29 mln. barelə düşüb. "WTRG Economics" şirkətinin prezidenti Ceyms Uilyams hesab edir ki, ən vacib amil odur ki, neft məhsullarının istehlak dinamikası bilavasitə Asiya bölgəsindən asılıdır, çünki Avropada artım müşahidə olunmur. O, Beynəlxalq Energetika Agentliyinin də tezliklə neft məhsullarının 2016-cı il üzrə istehlak proqnozunu aşağı salacağını düşündüyünü vurğulayıb.

Report.az



Brent markalı neftin qiyməti 76 dollara yaxınlaşır
15:46 / 07-05-2018
Məşhur iqtisadçıdan dollarla bağlı QORXUNC PROQNOZ
00:25 / 06-05-2018
Türkiyəyə turizm paketləri bahalaşdı – VİDEO
00:48 / 08-07-2016
Novak: İran neftin dünya qiymətini aşağı salacaq
19:13 / 21-11-2015
İran bazara sutkada 500 min barel neft çıxaracaq
18:23 / 27-09-2015
Qara qızılın qiyməti ilə bağlı proqnozlar özünü doğruldur
19:24 / 15-09-2015
OPEK-in 55 ildə keçdiyi neft yolu
21:31 / 14-09-2015
Çin səhmləri yenidən ucuzlaşmağa başlayıb
17:33 / 02-09-2015
ABŞ Rusiya şirkətlərinə qarşı sanksiya siyahısını genişləndirdi
16:16 / 02-09-2015
"Neft 60 dollar olacaq" - OPEK-dən proqnoz
19:27 / 29-08-2015
Dünyanın ürəyi Şərqdə döyünəcək - Ekspert
11:32 / 28-08-2015
Lari görünməmiş dərəcədə ucuzlaşıb
13:28 / 27-08-2015
Çin birjaları çökdü
15:13 / 26-08-2015
Rublu çökdürən amillər
14:14 / 26-08-2015
"​Fitch": "Türk axını" və "Şimal axını" layihələri təxirə salına bilər
14:25 / 25-08-2015
Rubl kritik həddi keçdi
13:39 / 24-08-2015