BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Makı Azad Ticarət Məntəqəsi ixdalat deyil, ixracat yeri olmalıdır – Millət vəkili

12:11 / 17-03-2017   /   baxış - 860

Makı, Çaldıran, Şot və Poldəştin İran parlamentindəki millət vəkili Makı Azad Ticarət Məntəqəsi Təşkilatının uğursuz fəaliyyətini sərt tənqid edib.

 

Bu barədə Eynulla Şərifzadə jurnalistlər qarşısındakı çıxışında məlumat verib. “Makı Azad Ticarət Məntəqəsində inkişaf üçün lazımi infrastruktur yoxdur. Halbuki, azad ticarət məntəqələrinin yaradılmasında əsas məqsəd bölgənin inkişaf etməsidir”- deyə o bildirib.

 

Millət vəkili sözügedən təşkilatın fəaliyyəti ilə bağlı narazılığını dəfələrlə dilə gətirib. “Təşkilatın icraçı direktoru Hüseyn Fruzan inkişafla abadlaşdırma işlərinin fərqini bilmir. Halbuki, bunlar fərqli şeylərdir. Belə bir müdir bir ticarət məntəqəsini idarə edə bilməz. O, son vaxtlar yalnış və qanunsuz işlərini gizlətmək üçün mənim də qohumum olan Məhərrəmnejadı bir sıra məsələlərə daxil edib. H.Fruzan yaranan çətinlikdən özünü qurtarmağa çalışır”- deyə millət vəkili əlavə edib.

 

E.Şərifzadə sözlərinin davamında deyib: “Makı Azad Ticarət Məntəqəsinin fəaliyyəti əsasən istehsal və ixracatdan ibarət olmalıdır, lakin 99 faiz fəaliyyət ancaq idxalatla bağlıdır. Bunu hər kəs müşahidə edir. Ona görə də, bölgədə gözlənilən qədər yeni iş yeri yaradılmadı və əhali hələ də iş tapmaq üçün digər şəhərlərə köçməyə məcburdur.”

 

BAO.AZ