BÜTÖV AZƏRBAYCAN OCAQLARI
İranın şovinist fars hakimiyyəti Urmiyədə 25 iş yerini bağladı

23:04 / 14-06-2016   /   baxış - 1442

Son iki həftə ərzində Bəhai Türklərinin önəmli mərkəzlərindən biri hesab edilən Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiyədə Bəhayilərə məxsus 25 iş yerinin möhürlənərək bağlandığı bildirilir.

Bao.az Davam.az-a istinadən  xəbər verir ki, bu haqda iş yerləri möhürlənən şəxslərin yaxınları BBC şirkətinin Fars xidməti və HRA agentliyinə məlumat veriblər.

Yayılan məlumata istinadən, iş yerləri bağlanan bəhayilər həmkarlar ittifaqları, Urmiyə Bələdiyyəsi, Urmiyə Qubernatorluğu və İran polisinin ümumi məkanlara nəzarət bölməsinə (Əmakin) müraciət ediblər amma mağaza və iş yerlərinin möhürlənməsinə dair qərarın hansı qurum tərəfindən verildiyinə dair məlumat ala bilməyiblər.

Güney Azərbaycanda yaşayan Türklərin əksəriyyəti şiədir, ancaq digər inanclara mənsub olan toplumlar, o cümlədən əhli-haqq/ələvilər, sünnilər, bəhailər və xristianların da sayı az deyil.

Güneyli hüquq müdafiəçiləri 
Güney Azərbaycan və ölkənin digər bölgələrində yaşayan qeyri-şiə Türklərin həm etnik, həm də dini ayrı-seçkiliyə məruz qaldığını vurğulayırlar.

Bao.az