BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Növbəti iqtisadi böhranın adı -“Made in China”

20:15 / 19-08-2015   /   baxış - 541

İndiyə qədər qlobal iqtisadi böyüməyə ən böyük töhfəni ABŞ verib və bütün böhranlar da ABŞ iqtisadiyyatının zəifləməsindən ortaya çıxıb, dünya iqtisadiyyatlarına yayılıb. Bu dəfə isə, deyəsən, həmişəki ənənə pozulacaq.

Son 50 illi incələyən iqtisadçılar, təxminən, hər 8 ildən bir böhranların yaşandığını təsbit ediblər. Son qlobal böhrandan çıxışdan isə, hardasa, 7 il keçir. Bu məntiqlə dünya növbəti bir qlobal böhrana hamilədir. Maraqlıdır ki, bu böhranın ABŞ-dan qaynaqlanmayacağı təxmin edilir.

Bəs, növbəti dalğanın mərkəzi hara olacaq?

Bu suala cavab axtaran mütəxəssislərin fikrincə, bu dəfə iqtisadi tənəzzülün Çindən baş verəcəyi gözlənilir. Elə bu səbəbdən də, gözlənilən böhrana "Made in China" adı verilib.

İnvestisiya məsləhətçiliyiylə məşğul olan “Morgan Stanley” şirkətinin inkişaf edən bazarlar üzrə direktoru Raçir Şarma, “The Wall Street Journal” qəzetində dərc edilən məqaləsində qlobal iqtisadi tənəzzülün bir addımlığında durduğumuzu və ağır borc yükü altındakı Çinin bu müstəvidə kritik bir nöqtə olduğunu bildirib.

Şarma Çinin iqtisadi böyüməsində yaşanacaq bir ya da iki ballıq geriləmənin bu təkanı yaradacağını təxmin edir. İqtisadçının fikrincə, Çində ötən həftə baş verən devalvasiya da bu kabusun yaxınlaşmaqda olduğu ehtimalını gücləndirir.

Mütəxəssis qlobal durğunluğun bir ölkədəki böhrandan fərqli olduğunu düşünür. Məsələ burasındadır ki, qlobal iqtisadiyyatda 3% böyümə belə bir çox böyük inkişaf etməkdə olan ölkələr üçün durğunluq  deməkdir. Şarmanın fikrincə, Beynəlxalq Valyuta Fondu son 50 ildə reallaşan dörd qlobal böhranı araşdırmaq üçün adambaşına düşən ümummilli gəlirləri və digər faktorları əsas götürürdülər. Bu yanaşmaya görə, 1970-ci illərdə, 80-ci illərin başında, 90-cı illərin başında, 2001-ci ilin texnoloji və 2008-09 qlobal maliyyə böhranında qlobal ÜDM-da böyümə sürəti 2%-ın altına düşmüşdü. Bu ilin son rübündə isə qlobal iqtisadi böyümə 2-2.5% arasında var-gəl edir. Bütün bu göstəricilərə söykənən müəllif  “qlobal bir durğunluqdan sadəcə bir addım uzaqda” olduğumuzu yazır. Müəllif də bir çox mütəxəssislər kimi növbəti böhranın ABŞ-da deyil, Çində meydana gələcəyini düşünür: “Çünki Çinin qlobal böyümədəki rolu 30%-in üzərindəykən, ABŞ isə yalnız 17%-ə iddia edir".

Çindən gələn məlumatlar isə işlərin yaxşı getmədiyinə işarə edir.

Başlıca problemlərdən biri də Çində son iqtisadi yüksəlişin əsasında subsidiyaların dayanmasıdır. Dünyanın ən böyük ikinci iqtisadiyyatında borcluluq 2008-ci ildən bu yana heç bir inkişaf etmiş ölkələrin iqtisadiyyatlarında indiyəcən görünməmiş sürətlə artır. Çinin borclarının ÜDM-dakı nisbəti 2008-ci ildən 2013-ci ilə qədər 80 bal artdı və indi 300% səviyyəsindədir. Ekspertər rəsmi Pekinin statistikada göstərdiyi 7% böyümə hədəfinin də reallığına inanmır. Çinin rəsmi məlumatlarının əksinə olaraq, elektrik istehsalından avtomobil satışlarına qədər bir çox sahələrdəki artımın bu ilin ilk və ikinci rübündə 7% deyil, 5% böyümə olduğu bildirilir.

Şarma analizində onu da qeyd edib ki, Çin Kommunist Partiyası əvvəl mənzil sektoruna, sonra isə hissə birjalarına ucuz kreditlər verərək iqtisadiyyatını işlək tutmağa çalışsa da, bu niyyət baş tutmadı. Nəticədə bu addımlar devalvasiyaya səbəb oldu. Xəbərə görə, ölkənin valyuta ehtiyatları son beş rübdə 4 trilyon dollardan 3.65 trilyon dollara qədər gerilədi.

“Morgan Stanley” mütəxəssisinə görə, Pekinin öz milli valyutasıyla bağlı siyasəti və birjalardakı tənəzzül də bir sonrakı böhranın Çindən qaynaqlanacağına işarə edir.

Strateq.az

 


Brent markalı neftin qiyməti 76 dollara yaxınlaşır
15:46 / 07-05-2018
Məşhur iqtisadçıdan dollarla bağlı QORXUNC PROQNOZ
00:25 / 06-05-2018
Türkiyəyə turizm paketləri bahalaşdı – VİDEO
00:48 / 08-07-2016
Novak: İran neftin dünya qiymətini aşağı salacaq
19:13 / 21-11-2015
İran bazara sutkada 500 min barel neft çıxaracaq
18:23 / 27-09-2015
Qara qızılın qiyməti ilə bağlı proqnozlar özünü doğruldur
19:24 / 15-09-2015
OPEK-in 55 ildə keçdiyi neft yolu
21:31 / 14-09-2015
Ekspertlər: Gələn il dünyada neft məhsullarına tələbat daha da azalacaq
19:34 / 10-09-2015
Çin səhmləri yenidən ucuzlaşmağa başlayıb
17:33 / 02-09-2015
ABŞ Rusiya şirkətlərinə qarşı sanksiya siyahısını genişləndirdi
16:16 / 02-09-2015
"Neft 60 dollar olacaq" - OPEK-dən proqnoz
19:27 / 29-08-2015
Dünyanın ürəyi Şərqdə döyünəcək - Ekspert
11:32 / 28-08-2015
Lari görünməmiş dərəcədə ucuzlaşıb
13:28 / 27-08-2015
Çin birjaları çökdü
15:13 / 26-08-2015
Rublu çökdürən amillər
14:14 / 26-08-2015
"​Fitch": "Türk axını" və "Şimal axını" layihələri təxirə salına bilər
14:25 / 25-08-2015