BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Saz sinfinin müəllimləri və şagirdləri BAO-nun diplomları ilə mükafatlandırılıb (01/04/2017)

21:54 / 01-04-2017   /   baxış - 1375

Bütöv Azərbaycan Ocaqları (BAO) tərəfindən 1 aprel 2017-ci il tarixində Xırdalan şəhəri 11-illik musiqi məktəbində saz sinfinin müəllimləri və şagirdlərinin mükafatlandırma mərasimi keçirilib. Məktəbin saz sinfinin şagirdləri  Qasımzadə Rəvan İlham oğlu, İlyasov Orxan Rabil oğlu, Əlizadə Vüsal Mehman oğlu, Qaragözlü Təbriz Elman oğlu və Cəfərov Fərid Elşən oğlu BAO-nun Bütov Azərbaycan Tonqalı ətrafında təşkil etdiyi Novruz şənliyində (18.03.2017) fəal iştirak etdiklərinə görə BAO tərəfindən diplomla mükafatlandırılıblar. Tədbirdə həmçinin saz sinfinin müəllimləri Sahil Qurbanov  Nəsib Həsənov, həmçinin musiqi məktəbi özü də BAO-nun diplomu ilə mükafatlandırılıb.

Mükafatlandırma mərasimində BAO başqanının müavinləri Alı Balayev, Faiq Ələkbərli, Dilavər Əzimli, BAO Mərkəzi Şurasının üzvü Araz Şamil, həmçinin məktəbin direktoru İkram Manafov, Saz sinfinin müəllimləri Sahil Qurbanov, Nəsib Həsənov və valideyn İlham Qasımov iştirak ediblər.

Mükafatlandırmadan sonra məktəbin rəhbərliyi ilə BAO rəhbərliyi Azərbaycanın bütövlüyü, Türk dünyasının bu günü və gələcəyi haqqında fikir mübadiləsi edilmiş, milli musiqimizin bu yöndəki yeri və önəmi haqqında danışılmışdır. Sonda xatirə fotoları çəkdirilmişdir.

FOTOLAR:

BAO İnformasiya Xidməti

01.04.2017.

 

 

 



“Yaxın və Orta Şərq: İsrail-Həmas münaqişəsi” mövzusunda dəyirmi masa (28/10/2023)
21:21 / 07-11-2023
“Qarabağda antiterror əməliyyatı və onun doğurduğu nəticələr” mövzusunda dəyirmi masa (21/10/2023)
21:16 / 07-11-2023
“Dövlət müstəqilliyinin bərpası günü” mövzusunda dəyirmi masa (14.10.2023)
21:05 / 07-11-2023
Elçibəyin məzarını ziyarət (24.06.2023)
23:36 / 27-06-2023
“Azərbaycan tarixinin aktual problemləri” mövzusunda II dəyirmi masa (17/06/2023)
23:20 / 27-06-2023
“Azərbaycan tarixinin aktual problemləri” mövzusunda I dəyirmi masa (10/06/2023)
23:02 / 27-06-2023
“Azərbaycan Cümhuriyyəti - 105” mövzusunda dəyirmi masa (27/05/2023)
22:27 / 09-06-2023
“22 may 2006 – Azərbaycanın Güneyində Milli Qiyam Günü” mövzusunda dəyirmi masa (21/05/2023)
22:09 / 25-05-2023
“Türkiyədə seçkilər və regiona təsiri” mövzusunda dəyirmi masa (13/05/2023)
20:09 / 19-05-2023
“Güney Azərbaycan Koordinasiya Mərkəzi”nin (GAKM) təqdimatı (22/04/2023)
21:31 / 22-04-2023
“31 Mart – Dünya Azərbaycanlılarının soyqırım günü” mövzusunda dəyirmi masa (01/04/2023)
13:34 / 02-04-2023
Güney Azərbaycan türklərinin “Azadlıq və ədalət yürüşü”nə dəstək məqsədilə dəyirmi masa (25/03/2023)
15:12 / 26-03-2023
“Türk dünyasında Novruz” mövzusunda dəyirmi masa (18/03/2023)
19:38 / 18-03-2023
“Bütöv Azərbaycan mübarizəsində qadınların rolu” mövzusunda dəyirmi masa (11/03/2023)
12:18 / 14-03-2023
“Bütöv Azərbaycan gənclərin gözü ilə” mövzusunda diskussiya (04/03/2023)
09:50 / 05-03-2023
“Azərbaycan gənclərinin Bütöv Azərbaycan haqqında düşüncələri” mövzusunda II dəyirmi masa (25/02/2023)
21:21 / 25-02-2023