BÜTÖV AZƏRBAYCAN OCAQLARI
BAO-nun Türkiyədəki tədbirlərinin yekunları ilə bağlı toplantı (23/12/2017)

21:38 / 23-12-2017   /   baxış - 529

23 dekabr 2017-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) qardaş Türkiyədə keçirdiyi uğurlu tədbirlər və görüşlərin yekunları ilə əlaqədar toplantı keçirildi.

Xatırladaq ki, bu günlərdə BAO-nun təşkilatçılığı ilə “21 Azər” hərəkatının ildönümü ilə əlaqədar İstanbulda geniş tədbir keçirilmiş, eyni zamanda BAO-nun İstanbul Yerli Ocağının üzvləri və Bakıdan Türkiyəyə səfər etmiş BAO nümayəndə heyəti bir çox başqa tədbirlərdə iştirak etmiş, önəmli görüşlər keçirmiş, o cümlədən BAO Başqanına “Anadolu Azərbaycan Mədəniyyət, İncəsənət və Həmrəylik Dərnəyi” adından "Onur Bəlgəsi" verilmişdir. BAO Başqanı Z.Əlisoy həmçinin ArazNews TV-yə önəmli müsahibə vermişdir. Tədbirlər sırasında BAO-çular Ankarada M.Ə.Rəsulzadənin məzarını da ziyarət etmiş və məzarüstü abidədə təmir işləri aparmışdır.

BAO-nu ofisində təşkil olunmuş toplantını giriş sözü ilə açan BAO başqanının Türk Dünyası ilə Əlaqələr üzrə müavini, dos., dr. Faiq Ələkbərli öncə BAO-nun Türkiyədə həyata keçirdiyi tədbirlərin ancaq Azərbaycan türkləri arasında deyil, Türk dünyasında da geniş əks-səda doğurduğunu bildirdi. O, bu uğurların davamı olaraq BAO-nun Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyinə də hazırlaşdığını və bununla bağlı təşkilatın tədbirlər planını hazırlamaqda olduğunu da qeyd etdi.

Sonra söz BAO başqanı Zahir Əlisoya verildi. Türkiyə səfərindən yeni qayıtmış Zahir bəy BAO-nun İstanbul və Ankara şəhərlərində keçirdiyi uğurlu tədbirlər və görüşlər haqqında geniş məlumat verərək ona bu barədə verilən sualları da cavablandırdı. O, eyni zamanda Cümhuriyyətin 100 illiyi ilə bağlı gələn il keçiriləcək tədbirlər planı haqqında da ümumi məlumat verdi.

Daha sonra müzakirəyə qatılan BAO-çular – Dilavər Əzimli, Cavanşir Beydullayev Natiq Ulubəy, Fərrux Əmrəli, Eldəniz Abbaslı, Elvin Abdulla və b.  qeyd olunan məsələlərlə bağlı öz fikirlərini bildirərək Türkiyədə keçirilmiş tədbirlər və görüşləri yüksək qiymətləndirdilər. Müzakirədə həmçinin Cümhuriyyətimizin 100 illiyi ilə bağlı Dərbənddə, Borçalıda və digər yerlərdə də tədbirlərin təşkil olunması qərara alındı.

Toplantıda Azərbaycan Cümhuriyyətinin qurucusu, milli ideoloq Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, tanınmış rəssam Rəis Rəsulzadə də iştirak edirdi. O, Türkiyədə keçirilımiş tədbirlərə, o cümlədən M.Ə.Rəsulzadənin məzarüstü abidəsinin təmir olunmasına görə BAO-çulara öz təşəkkürünü bildirdi. R.Rəsulzadə həmçinin Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı keçiriləcək tədbirlərlə bağlı öz tövsiyələrini vermeklə bu işdə BAO-çulara uğurlar dilədi.

FOTOLAR:

 

BAO İnformasiya Xiodməti

23.12.2017.



BAO-çular Şəhidlər Xiyabnına ziyarət yürüşü keçiriblər (20/01/2018)
16:41 / 20-01-2018
“Təbrizdən qidalanmayan inqilab məğlubiyyətə məhkumdur” mövzusunda dəyirmi masa (06/01/2018)
19:53 / 06-01-2018
BAO-çular Rəsulzadənin məzarüstü abidəsini təmir ediblər (17/12/2017)
18:58 / 17-12-2017
İstanbulda “21 Azər” hərəkatı ilə bağlı geniş tədbir keçirilib (16/12/2017)
21:18 / 16-12-2017
BAO-çular Azərbaycan Kültür Dərnəyini ziyarət ediblər (09/12/2017)
20:07 / 08-12-2017
BAO-çular tarixçi alim İsrafil Məmmədovu ziyarət ediblər (12/11/2017)
00:33 / 13-11-2017
BAO İstanbul təmsilçiliyi üzvləri Ə.Hüseynzadənin və N.Atsızın məzarlarını ziyarət ediblər (12/11/2017)
19:15 / 12-11-2017
“Türk Dünyasının gələcəyinə Tatarıstandan bir baxış” mövzusunda növbəti diskussiya (11/11/2017)
22:51 / 11-11-2017
“9 noyabr – Bayraq günü” mövzusunda dəyirmi masa (09/11/2017)
22:34 / 09-11-2017
BAO-nun İstanbul Təmsilçiliyi “Sabah” qəzetinə qarşı etiraz aksiyası keçirib (23/10/2017)
21:16 / 23-10-2017
“Orta Doğuda hərbi-siyasi durum və türkmanların taleyi” mövzusunda dəyirmi masa (23/09/2017)
20:21 / 23-09-2017
BAO-çular Elçibəyin məzarını ziyarət ediblər (22/08/2017)
22:36 / 22-08-2017
Elçibəyin doğum gününə həsr olunmuş geniş ədəbi-bədii tədbir (24/06/2017)
20:43 / 24-06-2017
BAO-çular Elçibəyin məzarını ziyarət etdi (24/06/2017)
20:16 / 24-06-2017
“Asif Atanın Bütöv Azərbaycan və türklük görüşləri” mövzusunda növbəti diskussiya (03/06/2017)
18:00 / 05-06-2017
M.Ə.Rəsulzadənin abidəsini ziyarət (28/05/2017)
22:03 / 31-05-2017