BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“Azərbaycan Cümhuriyyəti və M.Ə.Rəsulzadə” mövzusunda növbəti diskussiya (27/05/2017)

21:59 / 31-05-2017   /   baxış - 237

“Azərbaycan Cümhuriyyəti və Məhəmməd Əmin Rəsulzadə” mövzusunda növbəti diskussiya keçirildi

27 may  2017-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO)  Siyasi məsələlər üzrə müavinliyinin təşkilatçılığı ilə “Azərbaycan Cümhuriyyəti və Məhəmməd Əmin Rəsulzadə” mövzusunda növbəti diskussiya keçirilib. Öncə tədbirdə Azərbaycanın dövlət himni oxundu, daha sonra Azərbaycan şəhidlərinin ruhları bir dəqiqəlik sükutla anıldı. Tədbiri giriş sözü ilə açan BAO başqanının ideologiya məsələləri üzrə müavini Dilavər Əzimli  bildirdi ki, Azərbaycan Cümhuriyyətinin yaranması Türk tarixinin şanlı səhifələrindən biridir.

 Sonra AMEA Fəlsəfə İnstitutunun  aparıcı elmi işçisi, dosent, fəlsəfə doktoru, M.Ə.Rəsulzadənin tarixi-fəlsəfi irsinin araşdırmaçısı Faiq Ələkbərli mövzu üzrə geniş məruzə ilə çıxış etdi. F.Ələkbərli bildirdi ki, Şimali Azərbaycan türklərinin istiqlal uğrunda mübarizəsi 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay sülh müqavilələrindən sonra Qacarların çar Rusiyasına məğlubiyyətilə başlamışdır. Onun sözlərinə görə, hazırda Azərbaycan tarixi kitablarında Azərbaycan Milli Azadlıq Hərəkatının 1875-ci ildən başlandığı göstərilir ki, bu bağışlanmaz tarixi yanlışlıqdır. Çünki bu zaman 1828-ci ildən 1875-ci ilədək Azərbaycanın istiqlalı uğrunda mübarizə aparmış, üsyanlar qaldırmış Azərbaycan türklərinin mücadiləsi zərbə altında qalır.

F.Ələkbərli onu da bildirdi ki, Şimali Azərbaycam türklərinin istiqlalı uğrunda mübarizədə Məhəmməd Əmin Rəsulzadənin öndərliyi danılmaz bir faktdır: “Hər kəs birmənalı şəkildə bilməlidir ki, 1918-ci ilin mayın 28-də bəyan edilən dövlətimizin adı Azərbaycan Cümhuriyyəti, onun qurucusu və ilk dövlət başçısı M.Ə.Rəsulzadə olmuşdur. Bu heç də Cümhuriyyətin qurulmasında iştirak etmiş Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Əlimərdan Topçubaçaşı və başqalarının əməyinin danılması demək deyildir. Bir dövlətin bir qurucusu olar; Azərbaycan Cümhuriyyətinin qurucusu, ideoloqu M.Ə.Rəsulzadə olmuşdur. Rəsulzadənin Əli bəy Hüseynzadədən, Əhməd bəy Ağaoğlundan və başqa türk aydınlarımızdan əsas fərqi o idi ki, onlardan biri Osmanlı Türkiyəsinin liderliyi ilə türkçülüyün ya da islamçılığın öncüllüyündə  vahid dövlət arzuladıqları halda, Rəsulzadə dünyada müstəqil Türk dövlətlərinin yaranması və bir gün həmin türk dövlətlərinin Türk Federasiyası şəklində birləşməsi fikrinin tərəfdarı olmuşdur. Hesab edirik ki, Rəsulzadənin irəli sürdüyü ideya 100 il əvvəl olduöu kimi bu gün də daha aktual və gerçəkçidir”.

Azərbaycan türk aydını onu da qeyd etdi ki, Rəsulzadə də Azərbaycan adlı bir dövlətin varlığı ideyası 1909-1911-ci illərdə Qacarlarda olan zaman meydana çıxmış, daha sonra 1911-1913-çü illərdə İstanbulda olarkən Türkçülük, İslamçılıq və Müasirləşmək ideyalarıyla bütövləşmişdir: “Rəsulzadə bu ideyaları Ziya Gökalpdan mənimsəmişdir ki, Gökalpın da bu məsələdə ustadı Əli bəy Hüseynzadə olmuşdur. 1913-cü ildə Bakıya qayıdan Rəsulzadə bir tərəfdən Türkçülük, İslamçılıq və Müasirləşmək ideyalarını müdafi etmiş, digər tərəfdən həmin ideyaları Azərbaycan məfkurəsiylə uzlaşdırmışdır. Rəsulzadə Azərbaycan ideyasını ortaya atmaqla Qafqaz Türkləri ilə Güney Azərbaycan türklərinin eyni millət olduğunu, onların bir ad daşıdıqlarını ifadə edirdi: Azərbaycan türkü. Bu baxımdan 1918-ci ildə qurulan dövlətimizə Azərbaycan adının verilməsi Azərbaycanın bütövlüyünə hesablanmışdır. Əgər o zaman Cümhuriyyətimizə Oğuzusatan, Xəzəristan, Qafqaz Türk Respublikası adlarından biri verilsəydi o zaman bizlər Güney Azərbaycan Türklərinə bu gün Anadolu Türklərinə baxdığımız kimi yanşacağdıq. Ancaq Azərbaycan adı Təbrizli ilə Bakılını, Xoylu ilə Gəncələni ət və dlrnaq kimi birləşdirir”.

F.Ələkbərlinin sözlərinə görə, bu gün dünyada Azərbaycan adlı bir dövlət varsa, ilk növbədə Rəsulzadəyə borcluyuq. Çünki Rəsulzadə Azərbaycan adını coğrafi anlamdan siyasi məfkurəyə gətirmiş və ona yeni bir status vermişdir. Ələkbərliyə görə, bütün bunların qarşılığında Rəsulzadəni və onun silahdaşlarını İrəvanın və ətrafının ermənilərə güzəştə gedilməsində ittiham etmək böyük haqsızlıqdır. Çünki Cümhuriyyət yararnda bir əsgəri belə yox idi. Ona görə də Osmanlı dövlətinin hərbi yardımıyla torpaqlarının xeyli bir qisminə sahib çıxa bilmişdir. Ələkbərli: “Ancaq o da bir gerçəklikdir ki, Azərbaycan türklərinin ən ağır günlərində ona hərbi yardım edən Osmanlı dövlətinin təsiri altında ilk bayrağımız qırmızı rəngin fonunda aypara və səkkizguşəli olmuşdur. Yalnız 1-ci Dünya müharibəsinin sonunda Osmanlı məğlub tərəf olaraq Azərbaycandan da qoşunlarını çıxartmağa məcbur oldu ki, belə bir məqamda Cümhuriyyətimiz tam müstəqil olmasını ortaya qoymaq üçün üçrəngli bayrağı qəbul etdi. Beləliklə, bu gün başımızın üzərində dalğalanan üçrəngli bayraq Azərbaycanın sözün həqiqi mənasında müstəqilliyinin rəmzi oldu!”.

Sonra tədbir tədbir iştirakçılarından Cavanşir Beydullayev, Dursun Əlmas, Nəcəfalı Cahangirli, Aydın Mədətoğlu  b.-nın məruzəçiyə verdikləri suallar və mövzu ətrafında irəli sürdükləri fikirlər ilə diskussiya davam etdirildi.

FOTOLAR:

BAO İnformasiya Xidməti

27.05.2017.



BAO-çular Elçibəyin məzarını ziyarət ediblər (22/08/2017)
22:36 / 22-08-2017
Elçibəyin doğum gününə həsr olunmuş geniş ədəbi-bədii tədbir (24/06/2017)
20:43 / 24-06-2017
BAO-çular Elçibəyin məzarını ziyarət etdi (24/06/2017)
20:16 / 24-06-2017
“Asif Atanın Bütöv Azərbaycan və türklük görüşləri” mövzusunda növbəti diskussiya (03/06/2017)
18:00 / 05-06-2017
M.Ə.Rəsulzadənin abidəsini ziyarət (28/05/2017)
22:03 / 31-05-2017
“I Şah Abbas” mövzusunda növbəti diskussiya (20/05/2017)
21:56 / 31-05-2017
“Məhəmməd Tağı Zehtabi və Türk Dünyası” mövzusunda növbəti diskussiya (13/05/2017)
11:35 / 14-05-2017
“Türkiyədə keçirilən referendum: müsbət və mənfi tərəfləri” mövzusunda növbəti diskussiya (06/05/2017)
20:20 / 06-05-2017
“Səlahəddin Əyyubi” mövzusunda növbəti diskussiya (29/04/2017)
20:46 / 04-05-2017
“Mirzə Bala Məmmədzadə və Türk dünyası” mövzusunda növbəti diskussiya” (22/04/2017)
20:52 / 22-04-2017
“Yaxın və Orta Şərqdə ABŞ-Rusiya qarşıdurması” mövzusunda növbəti diskussiya (15/04/2017)
20:42 / 15-04-2017
Saz sinfinin müəllimləri və şagirdləri BAO-nun diplomları ilə mükafatlandırılıb (01/04/2017)
21:54 / 01-04-2017
“Alparslan Türkeş və Türk dünyası” mövzusunda növbəti diskussiya” (01/04/2017)
21:12 / 01-04-2017
Bütöv Azərbaycan tonqalı ətrafında Novruz şənliyi (18/03/2017)
21:52 / 18-03-2017
“Özbək və Azərbaycan tarixinin ümumi sorunları” mövzusunda növbəti diskussiya” (11/03/2017)
21:53 / 11-03-2017
“Əhməd bəy Ağaoğlunun dünyagörüşündə türkçülük və islamçılıq” mövzusunda növbəti diskussiya (04/03/2017)
21:13 / 04-03-2017