BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“Özbək və Azərbaycan tarixinin ümumi sorunları” mövzusunda növbəti diskussiya” (11/03/2017)

21:53 / 11-03-2017   /   baxış - 795

11 mart 2017-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) Dil və Tarix Qurumunun (DTQ) təşkilatçılığı ilə Özbək və Azərbaycan tarixinin ümumi sorunları mövzusunda növbətidiskussiya keçirildi. 

Tədbiri giriş sözü ilə BAO başqanının ideoloji məsələlər üzrə müaviniDilavər Əzimli  açdı. Sonra özbək tarixçisi Şöhrət Barlas mövzu üzrə geniş məruzə ilə çıxış etdi. O, öncə Azərbaycan ziyalılarının tarixən Özbəkistanla sıx əlaqələrinin olduğunu qeyd etdi:  “Özbəkistan-Azərbaycan əlaqələrinin tarixi qədimdir. Nizaminin Xəmsəsi ilk dəfə cığatay türkcəsinə 14-cü əsrdə Xarəzmi tərəfindən tərcümə edilib. Şekspri də ilk dəfə özbək dilinə məhz Azərbaycanlı tərcümə edib. Özbəkistanda ilk üsuli-cədid məktəbini Azərbaycan maarifçisi S.Qənizadə İ.Qaspıralı ilə birlikdə açıb. H.Cavid “Topal Teymur” əsərində ictimai problemləri onun dilindən təqdim edib”.

Ş.Barlas həmçinin hazırkı əlaqələrdən də söhbət açdı: “Özbəkistandakı Azərbaycan diasporu təşkilatında 40 mindən çox Azərbaycanlı var. Məlumata görə Özbəkistanda yaşayan Azərbaycanlıların sayı bundan xeyli çoxdur. Hazırda bir çox Azərbaycan müəlliflərinin əsərləri Özbəkistanda özbək dilinə tərcümə olunub. Oradakı Heydər Əliyev mərkəzində pulsuz Azərbaycan dili öyrədilir. ”

Məruzəçi həmçinin erməni problemi haqqında da geniş şəkildə öz fikirlərini bölüşdü: “İnsanı millətinin adı başqa olduğuna görə öldürməzlər. Türklər, Azərbaycanlaılar, özbəklər bunu etməzlər. Amma ermənilər bunu etdilər. Həm Özbəkistanda, həm də aAzərbaycanda. Azərbaycanlılara qarşı daha çox etdilər. İstənilən halda müharibə anaları ağlar qoyur. Ona görə də mühüribə tərəfdarı deyilik. Amma ermənilər adam kimi, danışıqla başa düşməzlərsə Azərbaycan müharibə etməyə gücü var. Sovet dövləti terroçu bir dövlət olub. Çünki onun qurucuları terrorçular olub. İndi tanınmamış “Dağlıq Qarabağ” da terrorçu bir qurumdur”.

 Daha sonra Şöhrət Barlasın ssenari müəllifi olduğu və “Daşkənddə fəaliyyət göstərən ''Ramsel-Film'' studiyasının direktoru Eldar Məmmədovun rejissoru və operatoru olduğu "Fərqanədən Qarabağa” adlı sənədli film monitorda tədbir iştirakçılarına nümayiş etdirildi.Filmdə erməni terrorçularının 20-ci əsrdə Özbəkistan və Azərbaycanda törətdiyi kütləvi qırğınlar, tarixi faktlar və rəqəmlərlə öz əksini tapıb.

Daha sonra tədbir iştirakçılarından Cavanşir Beydullayev, Eldar Məmmədov, Əli Şamil, Sevil Hilalqızı, Şirvani Ədilli, Dilavər Əzimli, Faiq Ələkbərli, Zahir Əlisoy və b.-nın sual və fikirləri ilə diskussiya davam etdirildi.

FOTOLAR:

https://scontent-arn2-1.xx.fbcdn.net/v/t1.0-9/17201383_1313479128719249_2685066485242692267_n.jpg?oh=c2602971b18b8e32e0a90e3cd95b67a8&oe=593258FD

BAO İnformasiya Xidməti

11.03.2017.



BAO-çular tarixçi alim İsrafil Məmmədovu ziyarət ediblər (12/11/2017)
00:33 / 13-11-2017
BAO İstanbul təmsilçiliyi üzvləri Ə.Hüseynzadənin və N.Atsızın məzarlarını ziyarət ediblər (12/11/2017)
19:15 / 12-11-2017
“Türk Dünyasının gələcəyinə Tatarıstandan bir baxış” mövzusunda növbəti diskussiya (11/11/2017)
22:51 / 11-11-2017
“9 noyabr – Bayraq günü” mövzusunda dəyirmi masa (09/11/2017)
22:34 / 09-11-2017
BAO-nun İstanbul Təmsilçiliyi “Sabah” qəzetinə qarşı etiraz aksiyası keçirib (23/10/2017)
21:16 / 23-10-2017
“Orta Doğuda hərbi-siyasi durum və türkmanların taleyi” mövzusunda dəyirmi masa (23/09/2017)
20:21 / 23-09-2017
BAO-çular Elçibəyin məzarını ziyarət ediblər (22/08/2017)
22:36 / 22-08-2017
Elçibəyin doğum gününə həsr olunmuş geniş ədəbi-bədii tədbir (24/06/2017)
20:43 / 24-06-2017
BAO-çular Elçibəyin məzarını ziyarət etdi (24/06/2017)
20:16 / 24-06-2017
“Asif Atanın Bütöv Azərbaycan və türklük görüşləri” mövzusunda növbəti diskussiya (03/06/2017)
18:00 / 05-06-2017
M.Ə.Rəsulzadənin abidəsini ziyarət (28/05/2017)
22:03 / 31-05-2017
“Azərbaycan Cümhuriyyəti və M.Ə.Rəsulzadə” mövzusunda növbəti diskussiya (27/05/2017)
21:59 / 31-05-2017
“I Şah Abbas” mövzusunda növbəti diskussiya (20/05/2017)
21:56 / 31-05-2017
“Məhəmməd Tağı Zehtabi və Türk Dünyası” mövzusunda növbəti diskussiya (13/05/2017)
11:35 / 14-05-2017
“Türkiyədə keçirilən referendum: müsbət və mənfi tərəfləri” mövzusunda növbəti diskussiya (06/05/2017)
20:20 / 06-05-2017
“Səlahəddin Əyyubi” mövzusunda növbəti diskussiya (29/04/2017)
20:46 / 04-05-2017