BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“Türk Dünyasının gələcəyinə Tatarıstandan bir baxış” mövzusunda növbəti diskussiya (11/11/2017)

22:51 / 11-11-2017   /   baxış - 900

11 noyabr 2017-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasını Araşdırmalar Qurumunun (TDAQ) təşkilatçılığı ilə “Türk Dünyasının gələcəyinə Tatarıstandan bir baxış” mövzusunda növbəti diskussiya keçirildi. Tədbiri giriş sözü ilə açan BAO başqanının Türk Dünyası ilə əlaqələr üzrə müavini, dosent Faiq Ələkbərli (Qəzənfəroğlu) bildirdi ki, hazırda Türk Dünyasının gələcəyi ya da Türk Birliyi ilə bağlı yalnız Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və başqa müstəqil Türk dövlətlərinin ziyalıları, alimləri deyil, eyni zamanda hələlilk milli istiqlala qovuşmayan, ancaq bunun uğrunda mübarizə aparan digər Türk ellərində, o cümlədən Rusiya Federasiyasının tərkibindəki Türk muxtar dövlətlərində də bu yöndə ciddi konsepsiyalar irəli sürülməkdədir. Onun sözlərinə görə, Rusiya Federasiyasının tərkibindəki Türk muxtar dövlətləri arasında Tatarıstanın Tatar-Türk ziyalılarının böyük qismi bir tərəfdən öz milli hüqüq və haqlarının bərpasına çalışmaqla yanaşı, digər tərəfdən Türk Dünyasının gələcəyi, yəni Türk xalqlarını bir araya gətirəcək böyük ideya-Turan ya da Türk birliyi yönündə də çalışmaqdadırlar. F.Ələkbərli bildirdi ki, bugünkü məruzəçi Beynəlxalq Tatar İctimai Mərkəzinin keçmiş sədri (1992-1993) Zinnur Əhliullin də Türk Birliyi istiqamətində çalışan və öz konsepsiyasını irəli sürən tatar ziyalılarından biridir. Ələkbərliyə görə, bütün Türk xalqlarının ziyalılarının Türk Dünyasının gələcəyi irəli sürdüyü hər bir konsepsiya dəyərlidir, çünki həmin konsepsiyaların araşdırılıb arınması əsasında Türk Birliyini ortaya qoyacaq tam bir Türk konsepsiyası ortaya qoyulacaqdır.

Sonra Beynəlxalq Tatar İctimai Mərkəzinin keçmiş sədri (1992-1993), ictimai-siyasi xadim Zinnur Aqliullin mövzu üzrə geniş məruzə ilə çıxış etdi. O, xalqların inkişafında əsasən 3 amilin – dil, əlifba və böyük ideyaların bir nüvə (çəyirdək) rolunu oynadığını qeyd etdi. Zinnur bəy bir çox xalqların, o cümlədən türk xalqlarının mövcud durumunu bu baxımdan qiymətləndirdi. O, hazırda mövcud olan sivilizasiyalardan ən güclüsü olaraq Avropa-xristian sivilizasiyasını, daha sonra Buddist və İslam sivilizasiyalarını, həmçinin 70 il mövcud olmuş kommunist sivilizasijyasınıl qeyd edərək onlar arasında olan ziddiyyətlar haqqında danışdı.

Məruzəçi həmçinin hər bir xalqda praqmatikromantik insanların olduğunu bildirdi: “Praqmatiklər bütün xalqlarda əhalinin əksəriyyətini təşkil edirlər. Onlar yalnız öz gündəlik həyatlarını, işlərini və şəxsi mənfəətlərini düşünürlər. Onları böyük ideyalar maraqlandırmaz. Onlar üçün dövlətin kimlər tərəfindən idarə olunmasının fərqi yoxdur, təki onların işləri və qazancları olsun. Ona görə də bu kateqoriyaya aid insanlar cəmiyyəti dəyişdirə bilməzlər. Böyük dəyişikliklər isə məhz azlıq təşkil edən romantiklərin hesabına reallaşır. Lenin, Stalin, Hitler, Atatürk və b. məhz həmin kateqoriyaya aiddir. Ona görə də bir xalqı zəiflətmək istəyəndə məhz həmin xalqın romantiklərini, düşünən beyinlərini aradan götürürlər”.

Daha sonra tədbir iştirakçılarından Paşa Həsənli, Dilavər Əzimli, Bəxtiyar Tuncay, İbrahim Balayoğulları, Nəcəfalı Cahangirli, Cavanşir Beydullayev, Aydın Mədətoğlu, Eldəniz Abbaslı,  Zahir Əlisoy və b.-nın məruzəçiyə verdikləri suallar və mövzu ətrafında irəli sürdükləri fikirlərlə diskussiya davam etdirildi.

FOTOLAR:

BAO İnformasiya Xidməti

11.11.2017.

 



BAO-çular tarixçi alim İsrafil Məmmədovu ziyarət ediblər (12/11/2017)
00:33 / 13-11-2017
BAO İstanbul təmsilçiliyi üzvləri Ə.Hüseynzadənin və N.Atsızın məzarlarını ziyarət ediblər (12/11/2017)
19:15 / 12-11-2017
“9 noyabr – Bayraq günü” mövzusunda dəyirmi masa (09/11/2017)
22:34 / 09-11-2017
BAO-nun İstanbul Təmsilçiliyi “Sabah” qəzetinə qarşı etiraz aksiyası keçirib (23/10/2017)
21:16 / 23-10-2017
“Orta Doğuda hərbi-siyasi durum və türkmanların taleyi” mövzusunda dəyirmi masa (23/09/2017)
20:21 / 23-09-2017
BAO-çular Elçibəyin məzarını ziyarət ediblər (22/08/2017)
22:36 / 22-08-2017
Elçibəyin doğum gününə həsr olunmuş geniş ədəbi-bədii tədbir (24/06/2017)
20:43 / 24-06-2017
BAO-çular Elçibəyin məzarını ziyarət etdi (24/06/2017)
20:16 / 24-06-2017
“Asif Atanın Bütöv Azərbaycan və türklük görüşləri” mövzusunda növbəti diskussiya (03/06/2017)
18:00 / 05-06-2017
M.Ə.Rəsulzadənin abidəsini ziyarət (28/05/2017)
22:03 / 31-05-2017
“Azərbaycan Cümhuriyyəti və M.Ə.Rəsulzadə” mövzusunda növbəti diskussiya (27/05/2017)
21:59 / 31-05-2017
“I Şah Abbas” mövzusunda növbəti diskussiya (20/05/2017)
21:56 / 31-05-2017
“Məhəmməd Tağı Zehtabi və Türk Dünyası” mövzusunda növbəti diskussiya (13/05/2017)
11:35 / 14-05-2017
“Türkiyədə keçirilən referendum: müsbət və mənfi tərəfləri” mövzusunda növbəti diskussiya (06/05/2017)
20:20 / 06-05-2017
“Səlahəddin Əyyubi” mövzusunda növbəti diskussiya (29/04/2017)
20:46 / 04-05-2017
“Mirzə Bala Məmmədzadə və Türk dünyası” mövzusunda növbəti diskussiya” (22/04/2017)
20:52 / 22-04-2017