BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Bütöv Azərbaycan Ocaqlarının (BAO) həbsxanada aclıq aksiyasını davam etdirən güneyli məhbuslara müraciəti (15.04.2014)

23:55 / 20-12-2014   /   baxış - 1368

Bütöv Azərbaycan Ocaqlarının (BAO) həbsxanada aclıq aksiyasını

davam etdirən Şahrux Zamani və Mahmud Fəzliyə  

 

MÜRACİƏTİ:

 

 

Əziz, fədakar soydaşlarımız!

Sizin milli haqlarımız uğrunda fars şovinizminə qarşı apardığınız iradəli, və qətiyyətli mübarizəni yüksək qiymətləndiririk. Lakin fars rejimi həmişə olduğu kimi sizin həbsxanada aclıq aksiyası ilə etdiyiniz tələbləri yerinə yetirməyə heç bir meyl göstərməməklə öz qəddar, amansız sifətini bir daha nümayiş etdirir. Biz, sizin fiziki durumunuzun ağırlaşmasından xeyli narahatıq. Haqq uğrunda aparılan mücadilə mütləq qələbə ilə nəticələnəcəkdir. Sizin kimi fədakar hərəkatçılar hələ gələcək mübarizədə millətimizə çox lazımdır. Bütün bunları nəzərə alaraq sizi aclıq aksiyasını dayandırmağa çağırırıq.

 

Bütöv Azərbaycan Ocaqları

Bakı, 15.04.2014.

www.bao.az

ocaqlar@bao.az

ocaqlar@mail.ru