BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Bütöv Azərbaycan Ocaqlarının fəxri üzvü tutuqlandı

21:21 / 05-03-2017   /   baxış - 713

Bütöv Azərbaycan Ocaqlarının fəxri üzvü Güneydən olan milli-mədəni fəal Murtaza Muradpur yenidən tutuqlandı. *** Qeyd edək ki, daha öncə O, 2009-cü ildə Təbrizin İnqilab Məhkəməsində sistemin əleyhinə təbliğ və ölkə təhlükəsizliyini pozmağa cəhd göstərmək ittihamı ilə 3 il həbs cəzasına məhkum edilmişdi. M.Muradpur 2009-cu il mayın 22-də azərbaycanlı fəallar tərəfindən Təbrizin Elgölü parkında təşkil edilən aksiyada Azərbaycan türk millətinin milli hüquqları ilə bağlı şüarlar səsləndirdiyinə görə təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb və təxminən 6 ay saxlandıqdan sonra mülki vəsiqə qarşılığında sərbəst buraxılmışdı. Sonradan 2015-ci il mayın 18-də öz iş yerində yaxalanaraq həbsxanaya aparılmış və 2015-ci il mayın 18-dən Təbrizin mərkəzi zindanında həbsdə saxlanılan azərbaycanlı milli-mədəni fəal, məhbus hüquqlarının pozulduğu üçün və cəzasının yüngülləşdirilməsi ilə bağlı islam cəza qanunun 134-cü maddəsinin icra edilməməsinə etiraz olaraq 2016-cı il oktyabrın 25-də aclıq aksiyasına başlamış, 65 günlük aclıq aksiyasından sonra 29.12.2016-cı il tarixində axşam saatlarında sərbəst buraxılmışdı.

BAO mətbuat xidməti

05.03.2017