BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Etnik ‘azərbaycanlı’ termininin elmi əsası yoxdur

12:07 / 21-04-2017   /   baxış - 532

Millət vəkili Fazil Mustafa rəsmi kimlik anlayışındakı “azərbaycanlı” terminin siyasi xarakterli bir tanıtım olduğunu deyir. Amerikanın Səsinə danışan siyasətçinin sözlərinə görə, cəmiyyət əslində bu tanıtımı doğru görmür amma Azərbaycan Respublikasının həssas siyasi şəraitdə olduğunu nəzərə alaraq etiraz etmir və dözüm göstərir.

 

Onun söylədiklərinə görə, “kimsə bu dilin adına ‘Azərbaycan dili’ deyə bilər, bu konstitusiyada və müxtəlif qanunlarda da ola bilər. Amma hər bir şeyin bir məntiqi izahı olmalı, bir əsaslandırması olmalıdır. Bunun izahını vermək mümkün olmur. Ermənistanda ermənistanlı deyilmir erməni deyilir, Gürcüstanda gürcüstanlı deyilmir, gürcü deyilir.”

Millət vəkili bu problemi ‘azəri’ ya ‘azər xalqı’ şəklində izah etməyə çalışanların da elmi populizmdən uzağa gedə bilmədiklərini önə çəkir.

“Azərbaycanda bunu uydurma olaraq bir dövr azəri adı ilə ötüşdürmək istədilər; yəni Azərbaycanda yaşayan azərilər… Amma azəri adında ümumiyyətlə türk etnosuna aid ola biləcək hansısa bir xalqın olduğunu sübut edə bilmədilər. Bəziləri ‘azər xalqı’ və başqa adlar altında kitablar yazaraq [bunu] ortaya qoymağa çalışdılar. Bunu sübut edə bilmədilər. Bir elmi populizmdən uzağa gedə bilmədilər. Amma bütövlüklə yenə bunun türk dili və türk xalqı olduğu ortaya çıxdı.”

Azərbaycan Respublikasının rəsmi kimlik anlayışı o cümlədən, çoxluğu təşkil edən cəmiyyət və rəsmi dilin adında türk sözünün keçməməsinə toplumda gözə çarpan təpki və ya etiraz görünməməkdədir. Amma, son vaxtlar bəzi siyasətçilərin türk kimliyini inkar yönündə çıxışları müəyyən dərəcədə etiraz səslərinin yüksəlməsinə səbəb olub.

Cənab Mustafa bunun ziddiyyətli bir durum olmadığını ifadə edir.

Onun dediklərinə görə, “cəmiyyət zahirdə azərbaycanlı tanıtımı ilə razılaşmış kimidir. Amma batinən bunu doğru görmür… Müxtəlif şəxslər tərəfindən provokativ və qışqırdıcı xarakter daşıyan və türklərin hissiyatına toxunan ifadələr işləndiyi zamanlarda da ciddi etirazlar qaçınılmaz olur.”

Siyasətçinin fikrincə, toplumun rəsmi kimlik siyasətinə etiraz etməməsinin əsas səbəbi Azərbaycan Respublikasının həssas dönəmdən keçməkdə olmasıdır:

“Xalqın buna etiraz etməməsinin əsas səbəbi odur ki, Azərbaycan həssas dönəmdən keçir və həssas bir bölgədə yerləşir. Keçmiş Sovet sistemindən qopduqdan sonra hələ də o sistemin əsas nüvəsini təşkil edən güclər, eləcə də Güney Azərbaycan üzərində basqı təşkil edən güclərin Azərbaycan dövlətinin mövcudluğuna münasibəti müsbət deyil.”

O əlavə edir, “amma bir ziyalı bir professor ya bir siyasətçi gəlib deyəndə azərbaycanlı və Azərbaycan dili və bu kimi anlayışlar siyasi xarakterlidir, bununla ‘biz türk deyilik’ deməyin yanlış və qışqırdıcı olduğunu bildirir… Rəsmi anlayışa dözümlülük göstərən ya biraz yumuşaq mövqe sərgiləyən adamlar bəzən bunun bu dərəcədə də təhrif olmasına və [türk kimliyinin] tamamən unudulmasına yol verməmək üçün açıq şəkildə bu mübahisələrdə mövqelərini ifadə edə bilirlər.”

Amerikaninsesi.org



“Bütöv Azərbaycan ideyasının KİV-də təbliğinin hazırkı durumu” mövzusunda diskussiya keçiriləcək
21:16 / 15-02-2018
Mehriban Vəzir BAO Mərkəzi Şurasına üzv qəbul edildi
19:32 / 14-02-2018
BAŞSAĞLIĞI
20:25 / 08-02-2018
“Rəsulzadə-134” mövzusunda dəyirmi masa keçiriləcək
19:30 / 23-01-2018
Şəhidlər Xiyabanına ziyarət yürüşü təşkil ediləcək
11:04 / 20-01-2018
Zəka Sahib: Erməni dəstəkçisi olan Xamneyiyə “böyük rəhbər”, “Seyid Əli Xamneyi ağa” deməyiniz heç də hörmətdən irəli gəlmir
20:29 / 18-01-2018
Dilavər Əzimli: Mehriban Vəzirin BAO-ya gəlişi gücümüzü birə-beş artırdı
00:14 / 16-01-2018
DOĞUM GÜNÜ TƏBRİKİ
23:06 / 15-01-2018
BAŞSAĞLIĞI
18:19 / 07-01-2018
HƏMRƏYLİK GÜNÜNÜZ VƏ YENİ İLİNİZ MÜBARƏK!
18:32 / 30-12-2017
Təbriz və Urmiyə şəhərlərində “26 Azər” Günü münasibəti türkcə kitablar paylanılıb - GÖRÜNTÜ
22:21 / 18-12-2017
BAO-çular İraq Türkləri və Yardımlaşma Dərnəyində olublar
20:34 / 08-12-2017
BAO-çular İstanbulda “21 Azər” hərəkatı ilə bağlı tədbirə qatılıblar
20:13 / 08-12-2017
9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş bayram tədbiri keçiriləcək
00:50 / 08-11-2017
Nəcəfalı Cahangirli: “İnanmıram ki, Qabil Hüseyinli belə müsahibə versin”
22:26 / 09-09-2017
Türk Bölgələri Fraksiyası Elm, tədqiqat və texnologiyalar nazirinin Azərbaycandan seçilməsini istəyir – Urmiyənin millət vəkili
23:52 / 07-09-2017