BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Faiq Ələkbərli Ankarada Türk Birliyindən, Konyada isə Alparslan Türkeşdən danışacaq

22:51 / 17-03-2017   /   baxış - 184

Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasıyla Əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli (Qəzənfəroğlu) martın 25-26 tarixlərində Türkiyənin Ankara və Konya şəhərlərində keçiriləcək konfranslara dəvət almışdır. Bu barədə açıqlama verən F.Ələkbərli bildirib ki, öncə martın 25-də İLESAM-ın (Türkiye İlim ve Edebiyat Eseri Sahipleri Meslek Birliği) təşkilatçılığıyla “Türk Birliyi” mövzusunda bir konfrans verəcəkdir. Burada Türk Birliyinin mövcud durumu və gerçəkləşmə yollarından bəhs olunacaq!

Daha sonra Azərbaycan türk aydını martın 26-da Konya şəhərində Ahde vefa Turan Birliyi Dərnəyinin düzənlədiyi  “Alparslan Türkeş və Ülküçü Dünyagörüşü” mövzulu panelə qatılacaqdır. F.Ələkbərli bildirdi ki, Konyada isə “Alparslan Türkeş və Ülküçü dünyagörüşünün Azərbaycan və Qafqazlardakı təsiri” mövzusunda çıxış edəcəkdir. Burada A.Türkeşin Türkiyədə Türk Birliyi istiqamətində gördüyü işlər, eyni zamanda onun Azərbaycana səfəri və bunun Azərbaycan türkləri üzərində təsirindən söz açılacaq!

BAO.AZ



9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş bayram tədbiri keçiriləcək
00:50 / 08-11-2017
Nəcəfalı Cahangirli: “İnanmıram ki, Qabil Hüseyinli belə müsahibə versin”
22:26 / 09-09-2017
Türk Bölgələri Fraksiyası Elm, tədqiqat və texnologiyalar nazirinin Azərbaycandan seçilməsini istəyir – Urmiyənin millət vəkili
23:52 / 07-09-2017
DOĞUM GÜNÜ TƏBRİKİ
18:10 / 31-08-2017
Test üsulu ləğv ediləcəkmi?
09:15 / 24-08-2017
Ermənistan ordusunun hərbçisi öldü
17:00 / 21-08-2017
Xətaidə şəhid parkında büstü dağıdıb yerində pivəxana açdılar — ŞİKAYƏT
17:55 / 09-08-2017
DOĞUM GÜNÜ TƏBRİKİ
10:22 / 26-07-2017
Zəhralar ölməsin
23:33 / 07-07-2017
Erməni ordusu darmadağın edildi: Xeyli canlı qüvvə və döyüş texnikası məhv edildi – RƏSMİ
23:20 / 07-07-2017
Ermənilərin qətl etdiyi Azərbaycanlı uşaqların STATİSTİKASI
22:35 / 07-07-2017
DOĞUM GÜNÜ TƏBRİKİ
22:09 / 01-07-2017
Elçibəyin doğum günü münasibətiylə “Elçibəy-79” adlı ədəbi-bədii tədbir keçiriləcək
23:42 / 12-06-2017
“Yaddan çıxmaz Qarabağ...”
18:39 / 08-06-2017
22 may 2006-cı il Guney Azərbaycan azadlıq mübarizəsinin yeni mərhələsinin başlanmasıdır
20:17 / 05-06-2017
Tarixi ərazimiz olan İrəvanı hansı şərtlə ermənilərə güzəştə getdik?
18:53 / 05-06-2017