BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Almaniya səfiri: Urmu gölünün gərgin vəziyyəti məni kədərləndirdi

10:19 / 23-08-2017   /   baxış - 100

Urmu gölünə baxış keçirən Almaniyanın İrandakı səfiri Mixail Klor Breştold göldə yaşanan böhranla bağlı narahatlığını bildirib.

O bu barədə avqustun 21-də mətbuat konfransında danışıb.

“Mən Urmu gölünü yaxından görmək istəyirdim. Təəssüflər olsun ki, göldə durum olduqca gərgindir! Bu vəziyyət məni çox kədərləndirdi.

Mən göldə yaşanan böhranı başa düşdüm. Tehrana qayıtdıqdan sonra Urmu gölünün vəziyyəti ilə bağlı ölkəmə məlumat göndərəcəm. Yəqin ki, lazımi araşdırmalar aparılacaq”- deyə Mixail Klor Breştold bəyan edib.

Almaniya səfiri ölkəsinin ətraf mühitin qorunmasına xüsusi əhəmiyyət verdiyini də diqqətə çatdırıb. “Almaniya iqlim dəyişikliyi ilə bağlı önəmli işlər görüb, hətta ötən günlərdə ətraf mühitin mühafizəsi məqsədi ilə Fransa paytaxtı Parisdə iqlim dəyişikliyi ilə əlaqədar tədbir keçirib. Şübhəsiz ki, insan və heyvanların yaşayış məkanı olan təbiət olduqca mühüm məsələdir”- deyə səfir əlavə edib.

Qeyd edək ki, milyonlarla insanın həyatını təhlükə altında qoyan Urmu gölü böhranı getdikcə dərinləşir, hökumət isə bunun qarşısını almaq üçün heç bir əməli tədbir görmür. Urmu gölü ilə bağlı nəzərdə tutulan bütün layihələr uzun illərdir icra olunmur. Bunun əsas səbəbi dövlət tərəfindən vəsaitinin təmin edilməməsi və Urmu Gölünü Canlandırma Mərkəzinin qeyri-ciddi fəaliyyətidir. Bu barədə yerli azərbaycanlı məsullar və bir sıra millət vəkilləri dəfələrlə həyəcan təbili çalıblar.



“Bütöv Azərbaycan məsələsi Şəhriyarın yaradıcılığında” mövzusunda diskussiya keçiriləcək
23:14 / 21-02-2018
Türk Mədəniyyət Araşdırmaları Klubunun bir qrup üzvü BAO İstanbul Təmsilçiliyini ziyarət ediblər
19:56 / 23-01-2018
İranda kütləvi etirazlar davam edir, aksiyaçılar “Bəsic” qəragahına od vurublar- VİDEOLAR
21:45 / 06-01-2018
Molla rejiminə qarşı etirazlar səngimək bilmir, bir neçə şəhərdə etirazçılarla hökumət qüvvələri arasında qarşıdurma yaranıb- VİDEOLAR
02:17 / 05-01-2018
Güney Azərbaycan şəhərlərində keçiriləcək etiraz aksiyasına Çağırış
02:12 / 05-01-2018
İstanbulda “21 Azər” hərəkatı ilə bağlı geniş tədbir keçiriləcək
19:24 / 15-12-2017
Ərdəbildə azərbaycanlı siyasi məhbusların azadlığını tələb edən posterlər asılıb – GÖRÜNTÜ
19:58 / 08-12-2017
Paniranistlər dərsliklərdə Ermənistan üçün uydurma tarix yaradır
22:34 / 29-10-2017
Hər bir güney azərbaycanlı bir növ milli ruh daşıyır - Türkiyə parlamentinin keçmiş deputatı - Video
22:26 / 29-10-2017
Ərdəbildə milli-mədəni fəal Mehdi Dustdar saxlanılıb
22:25 / 29-10-2017
Mühəndis Əmani vəfatının 9-cü ildönümündə anılıb
22:21 / 29-10-2017
İraq Türkmən Cəbhəsinin lideri Ərşəd Salehidən Güney Azərbaycan türk millətinə növbəti təşəkkür Mesajı
01:11 / 25-10-2017
Əhər məhkəməsi 7 fəalı 58 ay həbs cəzasına məhkum edib
00:54 / 25-10-2017
Azərbaycanlı fəallardan Kərkükdə dəstək – Urmiyədə / Video və Görüntü
12:28 / 22-10-2017
Türk dili və ədəbiyyatının payız kursları fəaliyyyətə başlayır – Zəncanda
00:44 / 14-10-2017
Türk dilinin tədrisi Şərqi Azərbaycanın əsas prioritetlərindən biridir - Azərbaycanlı millət vəkili
21:33 / 26-09-2017