BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Azərbaycanın milli kimliyini müsafiə edən yerli məsullardan ikisi vali tərəfindən vəzifələrindən uzaqlaşdırılıb

13:54 / 25-08-2017   /   baxış - 115

Azərbaycanın milli kimliyini müsafiə edən və müəyyən milli hüquqlara həssas olan Salmas Şəhər İcra Hakimiyyəti başçısı Məsud Hacı Əlilu və Qərbi Azərbaycan Valiliyinin İctimai-Mədəni Bölümünün rəisi Huşəng Ətapur vəzifələrindən uzaqlaşdırılıb.

Güney Azərbaycanda ilk dəfə olaraq Firdovsinin heykəlinin şəhər meydanından qaldıran, həmçinin Azərbaycanşünaslıq Mərkəzini lisenziya ilə təmin etmək, Azərbaycan folkolorunu qorumaq və türkcə tədbirlər keçirməkdə xüsusi rolu olan Salmas Şəhər İcra Hakimiyyəti başçısı Məsud Hacı Əlilu Qərbi Azərbaycan valisi Qurbanəli Səadət və Salmasın İran parlamentindəki millət vəkili Şəhruz Bərzgərin təqdimatı əsasında heç bir xəbərdarlıq edilmədən tutduğu vəzifədən azad edilib.

Yerli mətbuatın yaydığı məlumata görə, avqustun 23-də Salmas Şəhər İcra Hakimiyyəti başçısının vida və təqdimetmə mərasimi keçirilib, bir neçə saat sonra isə Qurbanəli Səadət və Şəhruz Bərzgər keçmiş icra başçısı M.Hacı Əlilunun İcra Hakimiyyətindən uzaqlaşdırıldığını elan ediblər. Məlumata görə, M.Hacı Əlilu mərasimdən bir gün əvvəl vali Q.Səadətlə görüşüb, ona vəzifəsindən  uzaqlaşdırıldığı ilə bağlı heç bir məlumat verilməyib.

İslahatçı düşərgəsinə mənsub Ş.Bərzgər seçkiqabağı təbliğat-təşviqant dönəmində Salması Kürdistan kimi təqdim etmişdir. O azərbaycanlı fəalların etirazından sonra mövqeyini dəyişərək onu bir yalnışlıq adlandırıb. O hətta səçkilərdə qalib gəlmək üçün şəhərin İcra Haimiyyəti başçısına yaxınlaşmağa da çalışıb. Lakin Ş.Bərzgər deputat seçildikdən sonra Azərbaycanın milli və demokratik hüquqlarına həssas olan M.Hacı Əlilunu vəzifəsindən uzaqlaşdırmaq üçün Daxili İşlər Nazirliyinə şəxsən müraciət edib.

Qərbi Azərbaycan valisi Q.Səadət isə M.Hacı Əlilunun vida mərasimində İcra Hakimiyyəti başçısının göstərişi ilə Firdovsinin heykəlinin meydandan götürülməsini böyük səhv adlandırıb. Bu çıxışlardan sonra ehtimal olunur ki, M.Hacı Əlilu qeyd olunan səbəbə görə tutduğu vəzifədən uzaqlaşdırılıb.

M.Hacı Əlilu isə keçirilən vida mərasimində belə deyib:

“Salmasın millət vəkili seçildiyi gündən, məni bu postda görmək istəmirdi. Ona təşəkkür edirəm, ona görə ki, mənim şəxsi həyatıma yardım etmiş oldu.

Hər gəlişin bir gedişi də var. Əsas odur ki, xaliq və məxluq insandan razı qalsın. Mənim işə gəldiyim gündən getməyimin zəmzəməsi var idi. Mən məmnuniyyətlə müəllimlik peşəmə qayıdacam”- deyə o vurğulayıb.

Bir qrup azərbaycanlı fəal Salmasın keçmiş İcra Hakimiyyəti başçısına Azərbaycanın mədəniyyəti və folklorunun qorunması uğrunda apardığı fəaliyyətlərə görə təşəkkür edib, bu barədə bir açıqlama yayıblar.

Qərbi Azərbaycan Valiliyinin İctimai-Mədəni Bölümünün rəisi Huşəng Ətapur da Q.Səadət tərəfindən tutduğu vəzifədən uzaqlaşdırılıb. Bu barədə valilikdən adının açıqlanmasını istəyəməyən bir şəxs “Yol Press”ə deyib: “Hətta valinin təhlükəsizlik və siyasi məsələlər üzrə müavini Əlirza Radfərin də valinin verdiyi qərarla bağlı heç bir məlumatı olmayıb. Bu qərar yəqin ki, Seyid Cavad Təbatəbayiyə (məşhur paniranist) yaxın cərəyan və Qərbi Azərbaycan Əyalətinin bəzi cənub bölgələri millət vəkillərinin istəyi ilə verilib”- deyə mənbə bildirib.

Bir sıra mənbələr isə iki yerli məsulun vəzifədən uzaqlaşdırılması ilə bağlı verilən qərarı, kürd mafiya qrupları və onlara yaxın olan Salmasın millət vəkili Şəhruz Bərzgərlə əlaqələndirir.



Ustad Barışmazın heykəlinin açılış mərasimi keçirilib – Marağada / GÖRÜNTÜ
20:34 / 08-12-2017
Azərbaycanlı fəal Murtaza Nəbizadə Təbrizdə dəfn olunub – VİDEO / GÖRÜNTÜ
20:13 / 08-12-2017
Məhsa Mehdili: Özümüzü mərkəzçi qruplardakı türklərə anlatmalıyıq – Müsahibə / AUDİO
20:07 / 08-12-2017
Ərdəbildə azərbaycanlı siyasi məhbusların azadlığını tələb edən posterlər asılıb – GÖRÜNTÜ
19:58 / 08-12-2017
Paniranistlər dərsliklərdə Ermənistan üçün uydurma tarix yaradır
22:34 / 29-10-2017
Hər bir güney azərbaycanlı bir növ milli ruh daşıyır - Türkiyə parlamentinin keçmiş deputatı - Video
22:26 / 29-10-2017
Ərdəbildə milli-mədəni fəal Mehdi Dustdar saxlanılıb
22:25 / 29-10-2017
Mühəndis Əmani vəfatının 9-cü ildönümündə anılıb
22:21 / 29-10-2017
İraq Türkmən Cəbhəsinin lideri Ərşəd Salehidən Güney Azərbaycan türk millətinə növbəti təşəkkür Mesajı
01:11 / 25-10-2017
Əhər məhkəməsi 7 fəalı 58 ay həbs cəzasına məhkum edib
00:54 / 25-10-2017
Azərbaycanlı fəallardan Kərkükdə dəstək – Urmiyədə / Video və Görüntü
12:28 / 22-10-2017
Türk dili və ədəbiyyatının payız kursları fəaliyyyətə başlayır – Zəncanda
00:44 / 14-10-2017
Türk dilinin tədrisi Şərqi Azərbaycanın əsas prioritetlərindən biridir - Azərbaycanlı millət vəkili
21:33 / 26-09-2017
Ərdəbildə ana dilində təhsil tələbi ilə bildiriş vərəqələri yayılıb - GÖRÜNTÜ
22:19 / 24-09-2017
İranda təhsil alan azərbaycanlı qızın ŞOK ETİRAFI: Bizi imamın evinə aparıb 10 nəfərlə...
00:22 / 16-09-2017
Güneyli Milli fəallar Təbrizin “Səhənd” stadionunda şüarlar səsləndiribılər - VİDEO
23:40 / 15-09-2017