BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində Şah Təhmasib Səfəvi

13:34 / 14-01-2016   /   baxış - 8464

Yanvarın 12-də E.Məmmədov adına 21 saylı tam orta məktəbdə AMEA Tarix İnstitutu rəhbərliyinin iştirakı ilə “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində Şah Təhmasib Səfəviyə həsr olunmuş konfrans-tədbir keçirilmişdir

.

Tədbirə dəvət olunmuş qonaqlar öncə foyedə təşkil olunan tarixi şəxsiyyətlərimiz və Səfəvilər mövzusunda kitab və rəsm sərgisinə, tarixi eksponatlara və foto-stendlərə baxış keçirmişlər. Maarifləndirici xarakter daşıyan tədbirdə 

AMEA Tarix İnstitutunun direktoru prof. Yaqub Mahmudlu, tar.e.d. Zabil Bayramlı, dr. Tofiq Nəcəfli, dr. Dilavər Əzimli, 313 nömrəli məktəbin tarix müəllimi Araz Şamil, ADPU-nun türk və şərqi Avropa xalqlarının tarixi kafedrasının müəllimi Taleh Cəfərov, BŞTİ-nin nümayəndəsi Firudin Abbasov və digərləri çıxış edərək Şah Təhmasibin həyat və fəaliyyətindən danışmış, xalqımızın milli dövlətçilik tarixinə dair önəmli məsələlərə toxunaraq müəllim və şagirdlərə öz tövsiyələrini vermişlər. Atatürk liseyi, 313 saylı məktəb, 272 saylı məktəbin şagirdlərinin də iştirak etdiyi tədbirdə şagirdlərin Azərbaycan tarixi fənni üzrə biliklərini qiymətləndirmək məqsədilə viktorina keçirilmiş, suallara doğru cavab verən, eləcə də, məktəbdə sözügedən tədbir çərçivəsində “Səfəvilər” mövzusunda təşkil olunmuş rəsm və inşa müsabiqəsində fərqlənən şagirdlər mükafatlandırılmışdır. Tədbirdə çıxış edən Yasamal rayon icra hakimiyyəti başçısının müavini Təravət Muradova şagirdlərin tarixi keçmişimizlə bağlı dünyagörüşünün genişlənməsi üçün bu cür tədbirlərin keçirilməsinin zəruriliyindən danışmış, ölkə prezidenti İlham Əliyevin milli-mənəvi dəyərlərin qorunması ilə bağlı tövsiyələrini bir daha xatırlatmaqla milli dövlətçilik ənənələrinin yaşadılmasında gənc nəslin üzərinə böyük vəzifələr düşdüyünü bildirmişdir. Ziyalıların, məktəb direktorlarının, gənc alimlərin və tədqiqatçıların qatıldığı konfrans-tədbir özünün orijinal

tərtibatına görə də diqqət cəlb etmişdir.

 



Şirvani Ədilli: “Səfillər” əsərində ailə dəyərləri
23:01 / 29-08-2021
Marksizm-leninizm ideologiyası bəşəriyyətə nə verdi?
22:18 / 01-07-2017
“Nəfsdən” əl çəkərək Haqq yoluna qayıdaq
22:15 / 02-10-2016
Müqəddəs Qurban bayramı - Dilavər Əzimli
15:27 / 11-09-2016
İqtidarınbədəni, bədənin iqtidarı
01:29 / 14-06-2016
İqtidarın bədəni, bədənin iqtidarı
13:40 / 24-02-2016
Faiq Qəzənfəroğlu: “Milli mədəniyyətə əsaslananlar multikulturalizmin əsil mahiyyətini yaxşı dərk edirlər”
20:58 / 04-02-2016
KƏRƏM MƏMMƏDOV: “İSLAM TÖRƏSİNDƏ ÜÇ, YEDDİ, QIRX MƏRASİMİ OLMAYIB…”
22:43 / 09-10-2015
İranda qadağan olunmuş kitab Türkiyədə nəşr olunub
14:48 / 20-08-2015
İslam dünyasının liderləri Moskvaya toplaşacaq
18:11 / 28-07-2015
QƏRBİN ANTİ-İNSANLIQ FƏLSƏFƏSİ
16:17 / 30-06-2015
Avropa Oyunlarında hansı ölkə neçə medal qazanıb? - 16 günün SİYAHISI
11:30 / 28-06-2015
Avropa Oyunları: 10-cu günün sonunda Medalların Siyahısı
15:10 / 22-06-2015
20 iyun: MEDAL sıralamasında son durum
14:21 / 21-06-2015
Bakı-2015: Kim neçə medal qazanıb? - Siyahı
03:21 / 16-06-2015
Avropa Oyunlarında hansı ölkə neçə medal qazanıb? - SİYAHI
15:54 / 14-06-2015