BÜTÖV AZƏRBAYCAN OCAQLARI
BARAN/ BARANI/ BARANLI: MƏNASI VƏ ÜMUMTüRK AREALINDA YERİ

15:19 / 02-01-2017   /   baxış - 1653

 

 

 

 

 

 

 

 

 

   

Boran Əziz                                                                        Xumar Səfərova

Tarix üzrə fəlsəfə doktoru, dosent                                                            Tarix üzrə fəlsəfə doktoru

 

Son dövrlərdə əhali içərisində bir sıra şəxs adlarının yeni doğulmuş uşaqlara qoyulmasının

qadağan edilməsi ciddi müzakirə edilməkdədir. Qadağan olunan adların əksəriyyəti insanlarda

razılıq doğursada, orada olan bir sıra adların qeyd edilməsi insanlar içərisində çaşqınlıq

yaratmış və birmənalı qarşılanmamışdır. Bu adlardan biri də, Boran adıdır. Məlumdur ki,

millətimizin formalaşmasında, dövlətçilik tarixində özünə məxsus yeri olan tayfalardan biri

də Baran/Barani/Baranlı tayfası olmuşdur. Qeyd edim ki, orta çağlarda olduğu kimi XiX-XX

yüzilliklərdə də kökcə bu tayfadan olan bəzi adamlar öz övladlarına həmin tayfanın, yaxud

onun içərisindən çıxmış şəxslərdən birinin adını vermişdir. Ənənə günümüzə qədər gəlib

çıxmışdır. Bu əslində insanların bir qisminin düşüncələrində orta əsrlərdə dövlətçiliyimizdə

mühüm yeri olan bu tayfanı yada salır, onun yaddaşlardan silinməsinə mane olurdu. adın ləğv

edilməsi yaddaşlardan məhz bunu bilərəkdən və ya bilməyərəkdən pozmağa xidmət edir. Hər

iki halda yanlış hərəktdir. Bu adqoyma ənənəsi Gəncəbasar, Qarabağ və Qərbi azərbaycanda

geniş yayılmış və atadan oğula, nəsildən nəsilə ötürülmüşdür.

Məlumdur ki, Qaraqoyunlular azərbaycan xalqının tarixində dərin iz qoyan tayfalardan biri

olmuşdur. Bu tayfa ittifaqı Baharlı, Sədlu (Səədlu, Saatlı), Qaramanlı, alpaut (alpavut), Çagirli,

ağacəri, Bayramlı, düharlu, dögər (düyərli), ayinli və digər oymaqlardan ibarətdir. Bu

tayfaları öz ətrafında birləşdirib siyasi bir gücə çevirən isə Baharlı, bəzi müəlliflərin fikrincə

isə Baran/Barani/Baranlu tayfası olmuşdur. Qaraqoyunluların siyasi rəhbərliyinin Baranlulardan

ibarət olması barədə məlumat verən ilk mənbələrdən biri Əbu Bəkr tehraninin “Kitabi

diyarbəkriyyə” əsəridir.(1). Həmin kitabın “şanlu Əmir osman bəyin əhvalatı haqqında”kı

fəslində osman bəyin rəqiblərindən bəhs edərkən müəllif yazmışdır: “yaxşı yaşamaq və şəhid

olub ölmək necə də gözəldir! onun dövlətinin düşmənlərindən biri Qara yusif Barani idi. neçə

illər onunla vuruşdu və ədavət saxladı”. (1.49).

Görkəmli tədqiqatçı Minorski Qaraqoyunluların yıva kökündən olduğunu ehtimal edir və

yazır ki: “Barani şəxs və tayfa adı deyil, yer adından meydana gəlmişdir”[3,319;2,30-31].

onun fikrincə Qaraqoyunlu pullarında göstərilən Baran adı Mərv və Buxara yaxınlığında olan

eyni kənddən götürülmüşdür. t.nəcəfli qeyd edir ki: “F.Sümər Qaraqoyunlu xanədanının

daşıdığı ailə adının şərqi anadoluda vaxtı ilə pul kəsdikləri “Baran” adlı yerdən aldığını qeyd

edərək V.Minorskinin fikrini müdafiə edir”. (2.31). Bir sıra tədqiqatçılar, bu adın şəxs və ya

tayfa adından yarandığı fikrini daha doğru hesab edir. Qaraqoyunlu və ağqoyunlu tayfalarının

mənşəyi haqqında türkiyə tarixçilərinin fikirlərini təhlil edərək t.nəcəfli yazır: “Ə.Çay bu

adın şəxs adından yaranması qənaətindədir. osman turan ibn tanrıberdinin verdiyi

məlumatlara əsaslanaraq şərqi anadoluda və şimali Suriyada 1260-cı ildə Baranlı adlanan

türk tayfasının yaşadığını göstərir. ş.S.zabit onların monqol yürüşləri zamanı azərbaycandan

buraya köçdüklərini bildirir. F.Sümərin fikrincə Barani-Baranlu tayfası ilə bağlı olan

etnonimlər yalnız şərqi anadoluda qalmışdır”. (2.31). ancaq t.nəcəfli haqlı olaraq bu fikirlə

razılaşmayaraq qeyd edir: “Bu tayfa ilə bağlı olan etnonimlər azərbaycanın həm şimal, həm

də cənub bölgələrində, eləcə də İran ərazisində hələ də öz varlığını yaşatmaqdadır"(2.31).

Qaraqoyunluların Barani – Baranlu sülaləsindən olduğunu türkiyə tarixçilərindən z.V.toğan,

F.Kirzıoğlu, F.Sümər və digər tədqiqatçılar da yazmışdılar. (Bu barədə daha geniş bilgi üçün

bax: 2,30-32). Görkəmli tədqiqatçı F.Sümər Baran adının etnonim deyil coğrafi bir ad

olduğunu iddia edərək xanədan adının doğu anadoluda Baran adlı bir şəhərdən götürldüyünü

qeyd etmişdir. amma bəzi müəlliflər əksini söyləyərək bu şəhərin məhz tayfanın adından

götürüldüyünü iddia edir. (3,320) F.Sümərin də doğru olaraq qeyd etdiyi kimi elxanilər,

calairilər dövründə zərb edilən pulların üzərində Baran adı qeyd edilməkdədir. o, bu adı pulun

zərb edildiyi şəhərin adından götürdüyünü irəli sürməkdədir. amma maraqlıdır ki, bu şəhərin

yeri elmdə dəqiq müəyyənləşdirlməmişdir. nədənsə F.Sümər Muş bölgəsində Baran adlı bir

şəhərdə Qaraqoyunluların moğollar öncəsi gəlib yerləşmiş ola biləcəyini nəzərə almamışdır.

Bir çox müəlliflər belə hesab edir ki, Baran adı anadoluya orta asiyadan gəlmiş türklərdən

qalma bir addır. Bir sıra müəlliflər isə bu adın fars dilində olan Baran sözündən götürldüyünü

və türk dilində yağmur anlamına gəldiyini bildirirlər. ancaq əksər müəlliflər bu fikri qəbul

etmirlər. Məsələ burasındadır ki, Qaraqoyunlu tayfa ittifaqına aid olan Baranluların əsas

məşğuliyyəti heyvandarlıq, o cümlədən qoyunçuluq olmuşdur. onlara aid qoçbaşlı məzarlar

və heykəllər türkiyədə, azərbaycanda və türkmənistanda geniş yayılmışdır. Bu bölgələrdə

həmin söz qoç anlamında işlənmişdir. Görkəmli araşdırmaçı ağacanov, Baran və ya Baranlu

adının Sır-dərya ətrafında qurulan oğuz yabqu dövlətində Salur xanədanından sonra

hakimiyyətə keçmiş hökümdarların xanədana aid olduğunu göstərmişdir. "X yüzildə

hakimiyyətə gələn Əli xan, qaynaqlara görə Barani boyundandır. İbn Funduk, şah Məliki yada

salarkən onu Əbul-Favariş şah Məlik bin Əli əl Barani olaraq göstərmişdir. Barani ünvanını

bu boyun digər üzvləri də daşımaqda idi. Buradan aydın olur ki, yeni kəndin oğuz xanlarının

yeni sülaləsi onlardan gəlməkdədir" [4.137: 3.320].

ağacanovun da yazdığı kimi Baran sözü türk dillərində müxtəlif cür - qoç, qoyun, dağ

keçisi, keçi və s. – anlamlarda da işlədilmişdir. o, qeyd edir ki, Qazax türkçəsində Baran Qara

rəngli heyvan və ya qoyun deməkdir. (4.138) araşdırmaçılar bu deyilənləri nəzərə alaraq belə

bir fikrə gəlmişdilər ki, oğuz yaqbu dövlətinin süqutundan sonra türküstanda yerləşən Baran

xanədanına mənsub boyların bir qismi Hun hücumları qarşısında öncə İrana - Güney

azərbaycana, ardınca isə doğu anadoluya və şimali azərbaycana gəlmişlər. (5.35; 3.320).

onlar özləri ilə birlikdə Baran adını da bu bölgələrə daşıyaraq yaşamış və mərkəzlər

qurmuşdular. ağacanov qeyd edir ki, Baran xanədanına aid bir boy da rus torpaqlarına köç

etmiş və onların adları rus səlnamələrində Berende-Berendey kimi qeyd edilmişdir. (4.138).

Bəzi tədqiqatçıların fikrincə “çovğun”, “tufan” anlamına gələn rus dilindəki “buran” sözü və

həmçinin “qoyun” anlamını verən “baran” sözü də bu türk tayfasının adından götürlümüşdür.

Bir sıra müəlliflər qeyd edirlər ki, türkçə danışan Barani boyu haqqında görkəmli ərəb müəllifi

təbəri də öz əsəsrində məlumat vermişdir. Bu tayfa haqqında geniş bilgi verən müəlliflərdən

biri milliyyətcə başqırd (başqurd) olan türkiyə tarixçisi z.V.toğandır. o “Qaraqoyunlular”,

“ümumi türk tarixinə giriş” və s. əsərlərində bu məsələlərlə bağlı geniş məlumat vermişdir.

Barani tayfası haqqında məlumat verən araşdırmaçılardan biri də gənc, istedadlı azərbaycan

tarixçisi Ə.n.nəcəfdir. o, fundamental «Səlcuqlu dövlətləri və atabəyləri tarixi (oğuzların

ortaya çıxmasından – XiV əsrə qədər)» adlı əsərində bu problemə də toxunmuşdur. Bilindiyi

kimi oğuz yabqu dövlətində hakimiyyətdə olan hakim sülalənin hansı boydan olması

məsələsində tarixçilər arasında vahid fikir yoxdur. «S.Q.ağacanova görə oğuz yabqu

dövlətinin başında iki sülalə durmuşdur. Birinci sülalə Salır (Salur) Salqır boyundan, ikinci

isə Baran/Baranlu boyundan çıxmışdır. Bunlardan Baranlı sülaləsi X əsrin ii yarısı ortalarından

sonra hakimiyyətə gəlmişdir. Belə olduğu halda Viii əsrin ii yarısından X əsrin ortasına qədər

Salur boyundan çıxan hakim ailə, X əsrin ortasından oğuz yabqu dövlətinin süqut etdiyi Xi

əsrin ortasına qədər Baranlı boyundan çıxan hakim ailə yabqu ünvanını daşımışdır» (11, 102)

Əkbər n.nəcəf, türkiyə tarixçilərinin bir qisminin bu fikri qəbul etmədiklərini bildirərək

yazır: «…o.turan heç bir sülalə dəyişikliyinin olmadığını, «Baran adının boy yox, hökmdar

adını ifadə etdiyini bildirir. Bu mübahisənin səbəbi oğuznamədə yer alan məlumatlardır.

S.Q.ağacanov əlimizdəki oğuznamə əsərlərinin sonrakı dövrdə qələmə alındığını ifadə edərək,

burada yer alan bəzi məqamları qəbul etməmişdir. o.turan isə öz iddiasını oğuznaməyə istinad

etdirmişdir» (11, 103).

Ə.nəcəf böyük bir zəhmətə qatlaşaraq «oğuznamələrə istinad edərək oğuz yabqu

dövlətində Salur sülaləsindən olan yabquların – hökmdarların adlarını və hakimiyyət illərini

də müəyyənləşdirmişdir. «Bizim əfsanəvi oğuz rəvayətləri əsasında müəyyənləşdirdiyimizə

görə oğuz yabqu dövlətində Salur sülaləsindən aşağıdakı yabqular hökmdarlıq etmişdir: enkeş

(760-780), Sabur Qazan (780-820), Uruz Qoca (820-850), Mamsaq (850-880) və Quz ibn

Mamsaq (880-920)». (11, 102)

Beləliklə, Quz ibn Mamsaqın ölümü ilə Salur sülaləsinin 160 illik yabquluğuna son qoyulur.

İç savaşları güclənir, siyasi vəziyyət pisləşir. «ara müharibələri dövründə hakimiyyəti Baranlı

boyunun əlinə keçirdiyi hesab edilir. Bu taxt çevrilişinin Xi əsrin ortasında meydana gəldiyi

təxmin edilir. Bu xanədanın adı bilinən ilk hökmdarlarından biri Əli Xan olmuşdur. ancaq

Baranlıların hakimiyyəti əllərinə keçirməsi oğuz yabqu dövlətinin parçalanmasına səbəb

olmuşdur» (11, 104).

z.V.toğanın fikirlərinə istinad edən Ə.nəcəfli bu bölünmədən sonra oğuzların bir hissəsinin

Sirdərya bölgəsi torpaqlarını tərk edərək Manqışlağa gəldiyini və burada Manqışlaq Salur

oğuz dövlətini yaratdıqlarını qeyd edir. «oğuzların bəzi boyları isə şərqi avropa torpaqlarına

hərəkət etdilər. Baranlı xanədanının idarəsini bəyənməyən bir başqa oğuz qrupu isə səlcuqlar

idi. Beləcə Əli xanın hakimiyyəti altında ancaq 40 min çadırlıq oğuz ailəsi qalmışdır» (11,

104).

Əli xanın vəfatından sonra hakimiyyətə keçən oğlu şah Məlik də bu parçalanma və ara

savaşlarını durdura bilməmiş, 1043-cü ildə Səlcuqlular tərəfindən əsir edilərək öldürülmüşdür.

Bununla da oğuz yabqu dövləti və Baranlı sülaləsinin hakimiyyətinə son qoyulmuşdu.

oğuz yabqu dövlətində hakimiyyət dəyişikliyi məsələsində görkəmli tarixçi F.rəşidəddinin

baxışları xeyli fərqlidir. onun fikrincə bu dəyişiklik hələ Qara xanın dövründə olmuş, şah

Məlik atasından əvvəl ölmüş və heç taxta da çıxmamışdır. Ə.nəcəf yazır: «Buna görə Baranlı

xanədanının qurucusu olaraq göstərilən Əli xanın atası Buran/Baran/turan əvvəlki hökdarların

nəslindən olduğu və 18 il hökmdarlıq etdiyi qeyd edilir. yenə rəşidəddinə görə Əli xanın

hakimiyyəti 20 il davam etmişdir. Buna görə, Əli xanın öldüyü tarix 1042-ci ildən 20 il

çıxdığımızda onun 1022-ci ildə taxta çıxdığı aydınlaşmaqdadır. Hər halda, atası Buran/Baran

xan da 1004-1022 illər arasında hakimiyyətlik etmişdir» (7, 49-55; 11, 104).

rəidəddinin oğuznaməsini təhlil edən Ə.nəcəf taxt dəyişikliyinin Qara xanın dövründə

baş verdiyini və məhz bu zaman yabquların nəsli qurulduğunu qeyd edərək hökmdarların

siyahısını və hakimiyyət illərini aşağıdakı kimi sıralamışdır «1. Qara xan (710-732). 2. Burğa

xan (732-822). 3. Qoru xan (822-897). 4. oynaq xan (897-904, Qoru xanın qohumu). 5. Qara

arslan (904-974). 6. osman (974-979). 7. Əsli xan (979-982). 8. şaban xan (974-1004). 9.

Buran xan (1004-1022). 10. Əli xan (1022-1042)» (11, 104-105).

o, bu siyahıda bəzi hökmdarların tarixi şəxsiyyət olmalarının şübhəli olduğunu və

hakimiyyət illərində uyğunsuzluq olduğunu da qeyd edib yazır: «Bu siyahıda bəzi

hökmdarların hakimiyyət illəri çox abartılmışdır…. rəşidəddinə inanacaq olursaq oğuz yağqu

dövlətidə axırıncı xanədan dəyişməsi 897-ci ildə olmuşdur. ancaq rəşidəddinin bu məlumatını

dəstəkləyəcək tarixi dəlillər az olduğundan, bəzi Baranlu xanədanının ancaq son iki

hökmdarından tarixi şəxsiyyət kimi bəhs edə bilərik» (11, 105).

Əbdülqazi Bahadır xanın əsərində də hökmdarlar və onların hakimiyyəti barədə məlumat

verilmişdir: 1. oğuz xan, 2. Gün xan, 3. Qayı xan, 4. dib Bakuy xan, 5. Quzı yavı xan, 6. İnal

yavı xan, 7. duylı Qayıxan, 8. erkin xan, 9. duman xan, 10. Qanlı yavlı xan, 11. Mir yavı

xan, 12. Qara xan, 13. Buğra xan, 14. Quzı təkin xan, 15. arslan xan, 16. osman xan, 17.

Əsli xan, 18.şeyban xan, 19. Buran xan, 20. Əli xan» (Bax:8, 73-93).

Ə.Bahadır xan əsərinin «şeybaninin oğlu Buran xanın padşahlığı haqqında» hissəsində

yazır: «şeybanın Buran adlı oğlu vardı. onu xan etdilər. Buran da oğuz elinin qanunlarına,

və adətlərinə sayğıyla yanaşaraq eli yaxşı idarə etdi. on səkkiz illik padşahlıqdan sonra o vəfat

etdi» (8, 89).

Ə.Bahadır xan Buran xanın oğlu Əli xanın vəfatından sonra iç savaşlarının gücləndiyini,

bu səbəbdən oğuz ellərinin müxtəlif yerlərə köç etdiyini də qeyd etmişdir: «… oğuz elində

(hamı) bir-biri ilə qan düşmənçiliyi etməyə başladı. …(hamı) bir-birini öldürürdü. Kilk bəyin,

Qazan bəyin, Qaraman bəyin başçılığı ilə çoxlu ellər Manqışlağa getdi. onların arasında hər

eldən (adam) var idi. …Bir neçə ellər Balxan dağlarına getdilər. yazır eli Xorasana getdi və

çox illər durunun ətrafında yaşadılar; bu səbəbdən durunu yazırların yurdu adlandırırlar. yazır

elinin müəyyən hissəsi durunun yaxınlığındakı dağlarda yerləşdilər və əkinçiliklə məşğul

oldular. Hal-hazırda onları qaradaşlı adlandırırlar».(8, 92-93).

Köçmə prosesini təhlil edən Ə.nəcəf yazır: «…Böyük Qun istilasından sonra geridə qalan

oğuz xalqları da ölkələrini tərk etdilər. onların böyük bir hissəsi şərqi avropa bozqırlarına

çəkildilər. Bəziləri isə Qaraxanlı və Xarəzm idarəsinə, bəziləri Xəzər dənizinin cənub-şərq

sahillərinə, indiki türkmənistan ölkəsinə, Balxan ətrafına və Xorasana gəldilər. oğuz yabqu

dövlətinin Baranlı soyu isə xeyli böyük bir qafilə ilə Mərv tərəflərinə gəldilər və burada yazır

oğuz bəyliyini təşkil etdilər.

Xəzər daha sonra dəşti-Qıpçaq adını alacaq indiki cənubi rus ovalığına gələn oğuzlar isə

rus vəkayinamələrində tork/torq və Uz adıyla qeyd edilirlər. Uzlar uzun müddət rus

knyazlıqldarını narahat etmiş, daha sonra Kiyev knyazlığı ilə sülh bağlayıb knyazlığın sərhəd

qəsəbələrində yaşamağa başlamışdılar» (11, 105).

dəyərli mənbə olan oğuznamələrdə Səlcuqlularla Baranlı soyunun arasındakı münasibətlərə

də toxunulmuşdur. Bu məlumatlardakı bəzi uyğunsuzluqlar Ə.nəcəfin diqqətindən

yayınmamışdı. o, yazır: «oğuzna-mələrdə Səlcuqların bu iki təmsilçisinin (söhbət

Kəraçüki/Kerekuçi Xoca və toksurmuş İçi /toqsırmış elçidən gedir – Ə.Boran). oğuz yaqbu

dövləti hökmdarı Əli xan dövrü ilə eyni hekayələr içində bəhs edilməsi tarix olaraq doğru olmasa

da, Qınıqlar ilə Baranlı boyları arasındakı münasibətləri ortaya qoymaq məqsədilə diqqət

çəkməkdədir. yəni, Baranlı sülaləsinin başa keçməsindən sonra Səlcuq ailəsi kasıb vəziyyətə

düşmüş ola bilərlər. ancaq oğuznamədə verilən Səlcuqun ulu ataları haqqındakı məlumat daha

əvvəlki dövrlərə aid olmalıdır».(11, 111-112).

Qeyd edək ki, Xiii-XVi yüzilliklərdə də azərbaycan, türküstan və ana-doludakı ictimaisiyasi

proseslərdə Baranlı/Baranlu/Barani tayfasının iştirakına rast gəlirik.

Bu məsələ ilə bağlı istedadlı azərbaycan tarixçisi t.nəcəfli də yazmış olduğu “azərbaycan

Qaraqoyunlu və ağqoyunlu dövlətləri (Müasir türkiyə tarixşunaslığında)” əsərində geniş

məlumat vermişdir. o, z.V.toğanın fikrinə istinad edərək yazır: “təbərinin əsərində türklərdən

bəhs edilmişdir. X əsr müəllifi Beyhəqi Xarəzm türklərindən – “Barani”lərdən Əli şah Məlik

adlı bir hökmdar haqqında məlumat vermişdir. yaqut Həməvi Buxaradan beş fərsəx məsafədə

Barani kəndinin olduğunu göstərir”. (2.30) t.nəcəfli F.Sümərin və ağacanovun fikirlərini

yekunlaşdıraraq yazır ki: “Bu terminlərin semantikası hər şeydən əvvəl totem mənşəlidir.”

t.nəcəfli yazır ki: “Məhəmməd nəşri və aşiq Paşazadənin əsərində də cahanşah Baranlu

kimi göstərilmişdir. Babur öz xatirələrində cahanşahı Barani kimi təqdim edir. Ə.Ə.dexuda

öz “lüğətnamə”sində “Barani”ni qədim türk tayfası kimi təqdim edir. “Bürhan-e Qati”

lüğətində də “Barani” qədim türkman qəbiləsi kimi qeyd edilir”.

Münşi Qəzvini Budak “cəvahirül-əxbar” adlı əsərində qeyd edir ki, “Qaraqoyunlu tayfası

Səbuqtəkin tayfasındadndır və Baranlu ləqəbinə sahibdir”.“azərbaycan toponimlərinin ensiklopedik

lüğəti”nin i cildində Baranbat adının anlamı və yayıldığı arealla bağlı yazılır: “Baranbat

Goranboy rayonu ərazisində dağ, İncə çayın sol sahilində yerləşir... yerli əhalinin verdiyi

məlumata görə vaxtı ilə burada Baranbat adlı yaşayış məntəqəsi olmuşdur... oronim Baran

(Baranilər – Qaraqoyunlu tayfa ittifaqının adı.) və Bat/bet (türk dillərində “yüksəklik”, “dağ

yamacı”, “dağın güney hissəsi” sözlərindən düzəlib. etnotoponimdir”. (5.81)

Məlumdur ki, bir çox adamlar öz övladalrına ad seçərkən mənsub olduqları tayfanın və ya

onun tanınmış şəxslərindən birinin adının üzərində dayanmışdır. Bununla da insanlar şuuraltı

qatlarında ilişib qalan, qan yaddaşından irəli gələn kimliyini biruzə vermiş, onu qoruyub

saxlamışlar.

Qeyd edim ki, babamgil iki qardaş olmuşdular: Boran və duman. Bu adlarla bağlı

rəşidəddin “oğuznaməsi”ndə, Ə.Bahadır xan “şəcərei-tərakimə” əsərinin “şeybanın oğlu

Buran xanın padşahlığı haqqında”kı hissəsində geniş məlumat verilmişdir.(7.81; 8-89).

rəşidəddin “oğuznaməsi”ndə dumana ad qoyulması hadisəsindən danışarkən qeyd edir

ki, duylu Qayının oğlu dünyaya gəldikdən sonra “Bayat boyundan Qorqud və erki, hər ikisi

“Bu uşağın adı duman olsun” – dedilər. ... divan böyükləri isə “duman qaranlıq deməkdir və

bu padşahlara yaraşan bir ad deyildir; bundan gözəl bir ad qoymaq lazımdır” – dedilər. Qorqud

belə dedi: “Hərçənd duman (sis) olanda hava qaranlıq olur, amma otlar üçün faydalı olan

nəmlik yaradır. Bu uşağın atasının ölümü ilə xalqın könlü qəmlə dolmuş, ortalığı duman

bürümüş və qaranlıq olmuşdur. amma buna ümid edib düşünə bilərik ki, bunlar keçəcək, günəş

doğub dünyaya təzəlik gətirəcək, otlar çoxalacaq və hər kəsin işi yaxşılaşacaqdır. Bu səbəbdən

ona bu adı qoyduq.” (7.64). Əbülqazi Bahadır xanın əsərində də dumana adın verilməsi prosesi

təxminən buna bənzərdir: “Bu uşağa yaxşı ad ver”. Qorqud ata dedi: “Qoy onun adı duman

xan olsun”. Xalq dedi: “ondan yaxşı ad ver”. Qorqud ata cavab verdi: “Bu addan yaxşısı yoxudur.

duylı Qayı xan ölən gün bizim yurdumuzu duman bürüdü və qaranlıq çökdü. Bu uşaq

duman ( vaxtı) doğuldu və ona görə mən (ona) duman adı verdim. İkincisi, (bütün) qəlbimlə

mən ona xoşbəxt tale arzulayıram, ona görə də ona duman adı verirəm, çünki, duman çox

durmur, o tezliklə keçir. dumanlı gün günəşli olur, dumanlı gündən sonra aydın gün olmaya

bilməz. Uzun müddət durmayan dumanı mən bu oğlanın gəncliyinə bənzətdim, sonra (peyda

omuş) günəşi (isə), mən bu oğlanın uzun və xoşbəxt həyatına bənzətdim, o böyüyəndə, atasının

taxtında oturacaqdır”. Bu (sözləri) eşidərək bütün xalq “afərin, afərin (sənə)” sədaları ilə

Qorquda öz razılıqlarını (bildirdilər). dumana görə çox sevindilər və çox dualar etdilər”.

(8.78).

rəşidəddinin əsərində Ə.Baqhadır xandan fərqli olaraq bu adlardan bəhs edilərkən türklərin

törəyiş əfsanəsinə də incə şəkildə toxunulmuşdur. Belə ki, görkəmli tarixçi rəşidəddin duman

xandan danışarkən onun heyvanların dilini bilməsi, qurdla söhbətləşməsi məsələsinə, yəni türk

törəyiş əfsanəsinin bir elementinə də toxunmuşdur. o yazır ki, Qayı İnal xan “... həyatı boyu

bütün heyvanları yaxalayaraq öldürmüş və dillərini kəsərək bir qutuya qoyub saxlamlışdı:

“Əgər oğlum olarsa, doğulan zaman heyvanların dillərini bilməsi üçün ona verərsiniz” – deyə

vəsiyyət etmişdi. təsadüfən bu qutunu duman xan doğulduğu zaman tapdılar və içindəkilərin

hamısını suda yaxalayıb duman xana veridlər. Bu səbəbdən uşaq böyüdüyü zaman bütün heyvan

dillərini bilirdi”. (7.64). Müəllif qeyd edir ki, heyvanların dilini bilməsi taxta çıxarkən

duman xanın köməyinə gəldi. duman xanın toyu olarkən “Qorqud bu xəbəri alınca oraya

gəldi. Çöl erki xan, duman xanın şərəfinə toy qurdu və Qorqud da kasa təqdim etdi. yeməklər

gətirilib süfrə salındığı zaman qoca bir qurdun ulaması eşidildi. duman xan bütün heyvanların

dilini bildiyindən bu qurdun nə söylədiyini də anladı. Qurd deyirdi: “Çox heyif ki, artıq mən

qocaldım, ovlarımın arxasından qaçıb ona yetişə bilmirəm. Əgər yetişsəm belə onu tuta

bilmirəm; Hətta tutsam da parçalaya bilmirəm”. Qoca qurdun sözü bitən kimi üç gənc qurd

belə cavab verdilər: “Əgər sən yaşlı və gücsüzsənsə, bizim qüdrətimiz vardır; əgər hər gənc

yaşlıya yardım etməzsə, onun nə dəyəri var. Bu gecə duman, qaranlıq və şiddətli bir fırtına

olacaq. Bundan istifadə edib toy üçün gətirilmiş heyvanların hamısının quyruqlarını və

qarınlarını parçalayıb sənə verəcəyik. Bunları könül rahatlığı ilə ye; zira hər zaman sənə yardım

edəcəyik”. (7.65-66). Maraqlıdır ki, türk törəyiş əfsanəsi üçün xarakterik olan qurdla

söhbətləşmək məsələsinə digər mühüm epik abidələrimizdə də - “Kitabi dədə Qorqut”, “Əsli

və Kərəm”, “Koroğlu” dastanlarında da rast gəlirik. Bu barədə dəyərli alimimiz Süleyman

Əlyarlı öz əsərlərində geniş bilgi vermişdir. (Bax. 9, 191-205; 10 )

Bütün bunlara əsaslanaraq söyləyə bilərik ki, Baran/Barani/Baranlı oğuz tayfası

Qaraqoyunlularla sıx əlaqədə olmuşdur. Bu adın anlaşılmazlıqdan yaxud bilgisizlikdən irəli

gələrək “qadağan olunmuş adlar siyashı”sına salınması böyük bir elmi yanlışlıqdır. Bu

millətimizin etnogenezisində iştirak etmiş bir tayfanın rolunun bilərəkdən və ya bilgisizlikdən

inkar edilməsi cəhdidir.

 

QAYNAQLAR:

1. Əbubəkr tehrani. Kitabi diyarbəkiriyyə. Fars dilindən tərcümə edəni, ön söz, şərhlər və

göstəricilərin müəllifi r.şükürova. Bakı. 1998.

2. t.nəcəfli. azərbaycan ağqoyunlu və Qaraqoyunlu dövlətləri (Müasir türkiyə

tarixşunaslığında) Bakı, 2012.

3. İ.Məmmədov türk Kafkasında siyasi və etnik yapı eski çağlardan günümüze azerbaycan

tarihi. İstanbul, 2009.

4. С.Г.агаджанов очерки истории огузов и Туркмен Средрей азии iX-Xiii вв. аш-

10 Qədim dövr, orta əsrlər

Tarix və onun problemləri, № 4 2016

кабад, 1969.

5. F.Sümer Kara – Koyunlular (Başlanğıcdan cihan şaha kadar) c.1. t.t.K. Basım evi,

ankara 1984.

6. azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə, birinci cild, Bakı, 2007.

7. rəşidəddin. oğuznamə, anadolu tükcəsindən azərbaycan dilinə çevirən, ön söz və

göstəricilərin müəllifi və biblioqrafiyanın tərtibçisi İ.M.osmanlı. Bakı. 2003.

8. Əbülqazi Bahadır xan. şəcərei – tərakimə (türkmənlərin soy kitabı). rus dilindən

tərcümə edən, ön söz və göstəricilərin müəllifi və biblioqrafiyanın tərtibçisi İ.osmanlı. Bakı,

2002.

9. azərbaycan tarixi. Uzaq keçmişdən 1870-ci ilə qədər. red S.S.Əliyarlı. Bakı. 2009.

10. S.Əliyarlı. tariximiz açıqlanmamış mövzuları ilə. Bakı, 2012.

11. Əkbər n.nəcəf. Səluqlu dövlətləri və atabəyləri tarixi (oğuzların ortaya çıxmasından

– XiV əsrə qədər). B., 2010.

 

БОРан азИз

хуМаР СафаРОва

ТЕРМИн БаРан/BARANI/BARANLU: ЕгО ИзучЕнИЕ И

МЕСТО в ОБщЕТюРКСКОМ аРЕаЛЕ

известно одно из племен оставивших глубокий след в истории этногеиезиса азербай-

джанского народа было каракоюнлу. а объединила вокруг себя племена, вошедшие в

этот союз, превратила в политическую силу племя Бахарлу-Баранлу или как, по мнению

некоторых историков Баран, Баранлу или Барани. о Баранлу пишут средневековые ав-

торы абу Бакр Техрани, мухаммед Нешри, ашыг Пашаздде, Бабур в своих воспомина-

ниях, а.Дехуде в «Словаре», кази Бурханадцин, Бурхане Гати в «Словаре» и другие

авторы, а также дается информация в произведениях турецких, русских и азербайджан-

ский историков.

к сожалению, связанные с этим именем повествующие об истории тюрков огузов в

«китаби Деде коркуд» и « огузнаме» информация почему-то осталась вне зоны внима-

ния исследователей. именно принимая во внимание эту информацию, мы можем кон-

статировать, что участвующие в этногенезисе нашего народа огузские племена Барани

или Баранлу сыграли важную роль в создании племенного объединения Гарагоюнлу.

 

BORAN AZIZ

XUMAR SAfAROVA

TERMINOLOgY BARAN/BARANI/BARANLU AND ITS STUDY,

PLAcE IN TOTAL TURKS fIELDS

there are known that one the tribes which left deeply sign in history of azerbaijan people

ethno genesis there were Garagounlu. these tribes like Garagounlu was combination around

these tribes and created political alliance in power of one tribe legacy Bakharlu-Baranlu or

another named in according some historians named Baranlu or Barani. about this legacy tribe

there is written in Middle ages times such author like abu Bakhr tekhrani, Muhammad neshri,

ahig Pahsazadeh, Babour in their memories. other authors like dekhude in its dictionary,

Gazy Burkhanaddin, Burkhanie Gati in also dictionary and other authors also there are given

information about them in literary works of russian and azerbaijani historians.

it sorrow that relating with these tribe in history of oguz and in dede Korgut book remained

in out of zone attention. that it is why we can constant that such tribes like Barani and Baranlu

participated in azerbaijan ethno genesis role.

 

Rəyçilər: t.e.d. C.Rüstəmov,  t.e.d. Q.Əliyev

BDU-nun “Azərbaycan tarixi” (humanitar fakültələr üzrə) kafedrasının 14 oktyabr 2016-

cı il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (pr. N3)

 

 



Şirvani Ədillinin “Tək vətən sevgisi bəsdir” adlı yeni kitabı nəşr olunub
23:07 / 11-01-2023
Şirvani Ədilli: Qan Turalının meyxana haqqında fikirlərinə cavab
14:45 / 25-05-2022
“Folklorçular” İctimai Birliyi 3 günlük “Dastan gecələri”nin keçirilməsini təşkil edib
00:19 / 03-05-2022
“Dastanlarda milli-mənəvi dəyərlərimiz” mövzusunda Konfrans keçirmişdir
22:55 / 20-04-2022
Təbrizdə Rza Bərahəninin xatirəsi anılıb-VİDEO
15:00 / 27-03-2022
Həsən Dəmirçinin yubileyi qeyd olunub
23:48 / 31-12-2021
Arzu Qazıyevanın filminin təqdimatı oldu
01:29 / 26-12-2021
NOVRUZ BAYRAMINIZ MÜBARƏK!
19:48 / 21-03-2021
KİTABLAR GÖRÜNMƏZ QANADLARIMIZDIR
21:01 / 14-11-2020
QHT tərəfindən kənd kitabxanalarında kitabların müzakirəsi həyata keçirildi.
15:05 / 30-10-2020
Şirvani Ədilli: Aqşin Yeniseyin tarix və mədəniyyətimizi aşağılayan yeni kitabı haqqında
01:22 / 04-05-2020
NOVRUZ BAYRAMINIZ MÜBARƏK!
11:56 / 20-03-2020
Şirvani Ədilli: Ağa Məhəmməd şah Qacar bədii əsərlərdə
21:20 / 08-01-2020
“Tariximizə sahib çıxaq” İctimai Birliyi Gəncə şəhərində yekun tədbirini keçirib
03:41 / 08-11-2019
Yeni ildə türk dili və ədəbiyyatı ixtisasına rəğbət artıb – Təbriz Universitetində
12:40 / 12-08-2019
Həmədan aşıqları haqda qələmə alınan nəfis əsər işıq üzü görüb
22:52 / 13-07-2019