BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Bakıda Musiqili Teatrla Təbriz Teatrının müştərək layihəsi nümayiş olunur - "Bəxtəvər"

11:19 / 23-03-2017   /   baxış - 94

Azərbaycan Dövlət Musiqili Teatrı bir çox ilklərlə zəngin olan “Bəxtəvər” tamaşasını martın 21-də tamaşaçılara təqdim edəcək, tamaşa martın 30-dək davam edəcək.

 

Səhnə əsəri Dövlət Musiqili Teatrı və Güney Azərbaycanın sevimli gülüş ustası, məşhur komediya aktyoru Babək Nəhreynin rəhbərlik etdiyi Təbriz Teatrı ilə birlikdə hazırlanıb. Babək Nəhreyn həm də Şərqi Azərbaycan Teatr Assosiasiyasının sədridir. Novruz şənlikəri ilə əlaqədar olaraq Beynəlxalq layihə kimi hazırlanan əsərin müəllifi və baş rolun ifaçısı Babək Nəhreyn, quruluşçu rejissoru (yönətmən) İranın nüfuzlu teatr rejissorlarından biri olan Yaqub Seddiq Camalidir.

 

Qeyd edək ki, layihənin ideya müəllifi və bədii rəhbəri Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev, əlaqələndiricisi İran Mədəniyyət Nazirliyi Mərkəzi Teatrlar İdarəsinin kordinatoru Atabəy Nadiridir.

 

Səhnə əsərində rolları Babək Nəhreyn, Camal Seqinejad, Bəhmən Tağıpur, Cavad Əkbəri (Təbriz Teatrı), Azərbaycan Respublikasının Əməkdar artistləri Əzizağa Əzizov, Nahidə Orucova, Şövqi Hüseynov, Əkbər Əlizadə, aktyorlar Möylə Mirzəliyev, Ağaxan Şərifov, Ülviyyə Əliyeva və Elxan İsmayılov (Azərbaycan Respublikası, Dövlət Musiqili Teatrı) ifa edirlər.

 

BAO.AZ



RAMAZAN BAYRAMINIZ MÜBARƏK!
13:03 / 25-06-2017
Dilavər Əzimli “Faiq Ələkbərli aydınlarımıza məsləhət görür ki, tarixi münasibətlərə Türk qafası ilə yanaşmaq lazımdır!”
21:55 / 12-06-2017
“Asif Atanın Bütöv Azərbaycan və türklük görüşləri” mövzusunda növbəti diskussiya keçiriləcək
02:17 / 02-06-2017
Tarixi şəxsiyyətlərimizə sahib çıxaq - Şah İsmayıl Səfəvi
01:50 / 19-05-2017
“Məhəmməd Tağı Zehtabi və Türk dünyası” mövzusunda növbəti diskussiya keçiriləcək
21:23 / 11-05-2017
İrəvan qədim türk torpağıdır
14:02 / 06-05-2017
Çaldıran döyüşünün gerçək tarixi
13:56 / 06-05-2017
ŞAH ABBAS ŞƏXSİYYƏTİ AZƏRBAYCAN TARİXŞÜNASLIĞINDA
23:32 / 22-04-2017
31 Mart
20:11 / 06-04-2017
Təbriz Heydərzadə Evi və Qacar Muzeyində xatirə şəkilləri...
11:16 / 23-03-2017
NOVRUZ BAYRAMINIZ MÜBARƏK!
20:25 / 14-03-2017
Novruzda yenə də Bütöv Azərbaycan tonqalı qalanacaq
23:21 / 13-03-2017
Qədim Təbriz şəhərinin maketi təqdim olunub - FOTO
20:54 / 10-03-2017
Zəfər Oğuztürkdən daha bir milli əsər + FOTO
20:09 / 10-03-2017
Gənc istedadlı rəssam Zəfər Oğuztürk yenə öz əl işilə insanları heyrətə saldı
10:20 / 02-03-2017
Azərbaycan tarixində muğamın yeri və şöbələrinin təhlilinə dair
22:39 / 20-02-2017