BÜTÖV AZƏRBAYCAN OCAQLARI
31 Mart

20:11 / 06-04-2017   /   baxış - 241

Səadət QARABAĞLI

Üzeyirbəyşünas

31 Mart  tariximizin  qara hərflərlə yazılmış bir səhifəsidir. 1918-ci ilin  mart hadisələri  soydaşlarımızın qətlinə səbəb olmuş, Azərbaycan minlərlə  şəhid vermişdir. Dahi sənətkarımız Üzeyir bəy Hacıbəyli  o hadisələrdən bəhs edərək yazırdı: “1918-ci ilin mart hadisələri qabaqcadan düşünülmüş siyasi aksiyadır. İstər Andranik olsun, istərsə də onu göndərən daşnakların arxasında gizli bir əl vardır. Boylə olmasaydı Qarabağda yaşayan ermənilərin Azərbaycan hökumətinə tabe olmamaq qəsdi ilə göstərdikləri inad həyasızlıq dərəcəsinə çatmazdı”. Bəli, böyük sənətkarımız çox haqlı idi. Çünki erməni erməniliyində baqidir. Türklərə qarşı düşmənçiliyi məlum məsələdir. Amma onların qorxaq xalq olması da hamıya gün kimi aydındır. Hələ Aleksandr Puşkin yazırdı ki, “sən qorxaq, sən qul, sən ermənisən! ” Rus xalqının böyük şairinin  bu fikrində çox böyük məna vardır...  Elə ona görə də ermənilərin  arxasında  duran olmasaydı, onlar  cəsarət tapıb Azərbaycanda mart qırğınlarını törədə bilməzdilər. Çünki   igid Azərbaycan xalqının nələrə qadir olduqlarını yaxşı bilirdilər.

Və bu hadisələrdə  türk qardaşlarımızın Azərbaycanın köməyinə gəlməsini də heç vaxt unutmaq olmaz. Məhz onların sayəsində rusun dəstəyi ilə erməni daşnaklarının cavabı layiqincə verilmişdir. Azərbaycan azad edilmişdir. Bütün bu mətləbləri Böyük sənətkarımız Üzeyir bəy Hacıbəyli təkrarsız publisist qələmi ilə tariximizə yazmışdır. Üzeyir bəy özünün “31 Mart ” adlı məqaləsini “Azərbaycan” qəzetinin 31 mart tarixli 147-ci sayında Hacıbəyli Üzeyir imzası ilə dərc etdirmişdir. Böyük dühamızın  bu məqaləsini  təqdim edirik. İnanırıq ki,  maraqla qarşılanacaqdır.

ÜZEYİR BƏY HACIBƏYLİ

 

31 MART

 

Şenidəm qusfəndira bozorgi

Rəhanid əz dəhan dəste-qorgi

Şəbangəh qand bən həlqəş bemalid,

Rəvan qusəfənd əz vey benalid

Ke əz cəngal görqəm dər robudi

Çe didəm aqibət qorgəm dər rübudi*

 

Rus mütləqiyyət istibdadını kökündən yıxmış olan rus inqilabi-kəbiri, mütləqiyyətin zəncir əsarətinə giriftar olmuş olan millətləri azad etdi. Əsrlərcə zəncirbənd qalmış olan zavallı millətlər uyuşmuş bədənlərinə bir hərəkət verib qol-qanadını açmaq istəgirdi ki, mütləqiyyət istibdadı əvəzinə Rusiyada bolşevizm istibdadı caygir olub bədbəxt millətləri təkrar əsarət zənzirinə vurmaq əməlinə girişdi.

Bolşevizm amalına qarşı müqavimət göstərmək istəyənlərə “qrajdan” müharibəsi açan və istiqlal üzrə yaşamaq istəyən və boylə yaşamağa haqqı olanlarla dəxi milli cəngə girişən rus bolşevizmi, “Azad millətlər” şüarını həqarətlə tapdalayıb bu millətlər füqarayi-kasibəsinin və demokratiyasının canını və malını dəmir və atəşə tutmaqdan çəkinmədilər.

O idi ki, bolşevizmi araya bir “qrajdanski” və bir də milli olmaq üzrə iki rəngli müharibə salıb çaylarca qanlar axıtdı. Milyonlarca bəşər övladını tələf etdi, yüz minlərcə evlər viranə qoydu və bu qanlı vaqeədən hasil olan təəssürat, təbii, boylə bir əqidə törənməsinə səbəb oldu ki, rus inqilabı, yalnız bir rusluğa müxtəs olub çarizm istibdadını qaldırmaqla degil, ümum millətləri, bəlkə rus xalqını bu istibdad təhtindən qurtarıb, digər millətləri təkrar əsarət altında baqi saxladı. Yalnız  bir fəqər bu oldu ki, bu əsrlərin keşikçiləri əvvəl rus çarizmi idi, bu səfər isə rus bolşevizmi oldu. Hər halda əsirlik aradan götürülmədi. Qurd əlindən qurtarılmış quzu, qurtaranın yemi olmaq məcburiyyətində qaldı...

Bir əsr bundan əvvəl müstəqil yaşamaqda olan azəri türkləri, rus istibdadının yıxıldığını görüb, təkrar müstəqil yaşamaq ümid fərəhbəxş ilə şad  olub, istiqlala hazırlaşmaq üçün tədarükatda bulunmağa başladılar. Lakin yeni hakimlərimiz bu fikrimizi duyub həmandəm əks tədarükat görməyə iqdam edib: “Biz sizə istiqlal əvəzinə xarabazarlar verərik, torpağınızda daşı-daşüstə qoymarıq”- deyə barmaq işarəsi ilə hədələdilər.

İstiqlalımıza qarşı itxaz edilmiş olan sui - qəsdlərdə özlərini “inqilabçılıq” nöqteyi- nəzərindən haqlı göstərmək niyyətilə adımızı “kontrrevolyusoner” qoyub hücuma hazırlandılar, hazırlanıb da başımıza mart fəlakətini gətirib, hədələrinə müvafiq olaraq, paytaxtımızı xarabazara döndərdilər.

Çarizm zənciri-əsarətindən yenicə qurtulmuş olan azəri türkləri bir əsr müddətində əsarətin ağırlıqlarından o qədər zəif düşmüşdü ki, istiqlalını müdafiə etməgə və istiqlal düşmənlərinə qalib gəlməgə qüdrəti yox idi. Bu zəiflik degil,  yalnız maddi və cismani qüvvətimizi, bəlkə  bütün mənəvi və ruhani qüvvələrimizi də şamil olub bədənimizin bütün qüvveyi - ruhaniyyə və cismaniyyəsini atil qoymuşdu və bu ətalət o dərəcə idi ki, özümüzü müdafiə vəziyyətinə salmağa dəxi qüdrətimiz olmayıb, düşmənin hücum və təərrüzləri qarşısında üryan bir bədənlə əli - qolu bağlı yıxılıb, “ölüm-dirim” məsələmizin o tövr və ya bu tövr həlli düşmənin rəhminə və ya rəhmsizliginə bağlı idi.

Bundan fəna bir hal olmaz  ki, sənə qarşı təcavüz edilə və sənin də bu təcavüzü dəf etməgə heç bir vəsilən olmuya.

Bakı müsəlmanları mart günlərində bu halda idilər!

Və əgər türklər, Osmanlı türk qəhrəmanları vaxtlı-vaxtında gəlməsə idilər, azəri türkləri Bakı həzimətindən sonra özlərini yığışdırıb müdafiəyə hazır olmağa fürsət tapınca degil, bir Bakıda, Şamaxıda , bəlkə ümum Azərbaycanda daş-daş üstə qalmazdı...

Keçən keçdi, olan oldu. Mart hadisatı Azərbaycan tarixində mühüm bir səhifə işğal edib azəri türklərinin istiqlal yolunda can verib, qan tökdüklərini gələcək nəslə oxutduracaqlar. Bugünkü vəzifəmiz isə o qara günləri yaddan çıxarmamaq və buna görə də həmişə və hər an hazır olmaqdır. Böylə hazırlıq ki, bu hadisələr bir də təkrar edilsə, müdafiəsinə qadir olalım. Bunun üçün  həm hökumətimizin və həm də millətimizin çalışması lazımdır. Bugün istiqlal ilə yaşayıb da bu neməti - üzəmadən  istifadə ediriksə də özümüzü xaricən əmn- əmanlıqda bilmək və istiqlalımızın ibqasını təmin etmək üçün müdafiəyə hər an hazır və amadə olmalıyıq. Biz indi öz müqəddəratımızı öz əlimizə aldıq, borcumuz bu müqəddəratı gələcəkdə zühuri möhtəməl olan hər növ təcavüzətdən qorumaq və məmləkətimizi şərəflə yaşatmağa çalışmaqdır.

 

* Eşitdim böyük qoyun canavarın

Əlindən, ağzından qurtuldu

Gecələr ki, bıçaq boğaza sürtülür,

Qoyun onun əlindən nalə çəkir

Canavar kuşədən çıxmışdı

Gördüm ki, canavarın aqibəti sənsən.

 



Zəncanda “Özləm” tamaşası səhnəyə qoyulub – GÖRÜNTÜ
22:40 / 19-09-2017
Azərbaycan dövlətinin adının yaranma tarixi barədə (III məqalə)
02:11 / 19-09-2017
Paralanmış və uralanmış Azərbaycandan MÜSTƏQİL AZƏRBAYCANA - ARAŞDIRMA
23:03 / 15-09-2017
AZƏRİ, yoxsa Türk!!!
23:38 / 12-09-2017
Azərbaycanın epiqrafik abidələrində türk simvolları
22:14 / 09-09-2017
Əkbər Nəcəf: İqlimin də tarixi var, Güntay bəy!
23:31 / 07-09-2017
Tehranda türkcə “Keçəl Oğlan” tamaşası nümayiş etdiriləcək
15:15 / 04-09-2017
Maarifçiliyimizdə RÜŞDİYYƏ zirvəsi
19:18 / 31-08-2017
XIII-XIV Əsr Azərbaycan Ədəbiyyati Tarixi (Ingilisdilli Tarixşünasliq Üzrə)
17:52 / 31-08-2017
QURBAN BAYRAMINIZ MÜBARƏK!
17:46 / 31-08-2017
Azərbaycan adının tarixi barədə mülahizələr və faktlar (II yazı)
00:43 / 29-08-2017
XIII-XIV Əsrlər Azərbaycan Mədəniyyətinin İngilisdilli Tarixşünasliqda Əksinə Dair
23:20 / 24-08-2017
“Əli və Nino” əsərində Azərbaycançılıq və Türkçülük
23:37 / 22-08-2017
Şəmb-e Qazan kompleksi və onun Azərbaycan təhsil sistemində yeri (ingilisdilli tarixşünaslıq əsasında)
23:21 / 22-08-2017
Azərbaycan adının tarixi barədə mülahizələr və faktlar (I yazı)
23:04 / 17-08-2017
İran-Turan müharibəsi və Azərbaycan
10:42 / 12-08-2017