BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Tarixi şəxsiyyətlərimizə sahib çıxaq - Şah İsmayıl Səfəvi

01:50 / 19-05-2017   /   baxış - 212

15 may 2017-ci il tarixdə Tovuz rayonu  A.S.Puşkin adına tam orta məktəbdə ‘’Tarixi şəxsiyyətlərimizə sahib çıxaq - Şah İsmayıl Səfəvi’’ mövzusuna həsr  olunmuş tədbir keçirilib.

Tədbir  “Tariximizə Sahib Çıxaq”  tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyi, Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Ümumtəhsil müəssisələrində tarix dərslərinin ictimai və yaradıcı şəkildə təşkili” layihəsi çərçivəsində təşkil olunub.

Dövlət himni ilə açılan tədbirdə öncə Şah İsmayıl Xətai haqqında videoçarx nümayiş etdirilib. Sonra Məktəb şagirdlərinin təşkil etdiyi səhnəciklər göstərilib.

Tədbirin aparan – Tovuz rayonu Əlimərdanlı kənd orta məktəbinin tarix müəllimi Namiq Muradaov gələn qonaqaları salamlayaraq ilk sözü Tovuz rayon Təhsil şöbəsinin müdiri Validə Hüseyinovaya verdi. Validə xanım çıxışında bu cür tədbirlərin keçirilməsini məqsədəuyğun hesab etdiyini dedi, bu cür tədbirlərin şagirdlərin marifləndirilməsində və şəxsiyyət kimi formalaşdırılmasında böyük rol oynadığının vurğulayaraq təşkilatçılara minətdarlığımı bldirirəm.

İctimai Birliyin rəhbəri Araz Şamilov öz çıxışında tədbir iştirakçılarına minnətdarlığını bildirdi və bu layihə çəçivəsində yeni-yeni tədbirlər keçiriləcəyini qeyd etdi.

Tədbirdə həmçinin Şagirdlər Şah İsmayıl Xətainin ədəbi yaradıcılığından bayatı və şeirlər söylədilər.

Tarixci alim Əkbər Nəcəf Türk dünyasının görkəmli tarixi şəxsiyyəti Şah İsmayıl Xətainin ədəbiyyatımızda və tariximizdə oynadığı roldan söz açdı. O, Xətainin həyat və fəaliyyətinə toxundu.  

Tovuz rayon Düzqıqıqlı kənd orta məktəbinin şagirdi İbrahimov Rəhman sazda ruhani havasını ifa etdi.

Gənc tarixşi Sədi Nuriyev öz vçıxışında Şah İsmayılın yaradıcılığını tarixi qəhramanlıq baxımdan qiymətyləndirdi.

Tədbirdə Atatürk Liseyinin tarix müəllimi Elmar Həsənov, Məktəbin direktoru Rəşid Əmrahov və digərlərib. çıxış edərək maraqlı fkir və təkliflərini bildirdilər.

Sonda Rayonun fərqlənən şagirdlərinə diplomlar təqdim edildi. Həmçinin onlara AMEA Folklor İnstitutu adından kitablar hədiyyə edildi. 

Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsad orta məktəblərdə şagirdlərin tarix dərsinə marağını artırmaqla yanaşı, onlarda fitri istedadı aşkarlamaq, dərslərin interaktivliyini təşkil etmək, uşaqların dünyagörüşünü və özünə inamını artırmaq və gələcək nəsli milli-mənəvi dəyərlərimizi öyrənmək istiqamətində inkişaf etdirməkdir.

BAO.az 



Qafqaz İslam Ordusunu Azərbaycana gətizdirən kim idi?
21:45 / 23-11-2017
VƏLİQULU BİN DAVUDQULU ŞAMLININ “QİSƏSÜL-XAQANİ” ƏSƏRI
23:11 / 15-11-2017
Mühacir Azərbaycan Türk aydınlarının milli tarixi-fəlsəfi irsi (I yazı)
22:49 / 15-11-2017
S.Ə.Kəsrəvinin, “kəşf etdiyi Azəri dili” Ərəb mənbələrindəki Azəri dili deyil
22:42 / 15-11-2017
Алекпер Алекперов: К локализации и происхождению названия Аратта
23:10 / 13-11-2017
Azərbaycan dövlətinin adının yaranma tarixi barədə (IV yazı)
22:39 / 13-11-2017
“Müsavat” firqəsinə 100 il sonra baxış
01:09 / 07-11-2017
Urmiyədə “Azərbaycan Mədəniyyət Ocağı” Dərnəyi təsis edilib
00:56 / 25-10-2017
Səfəvilər dövründə Ərdəbildə xəttatlıq və katib sənəti
00:35 / 25-10-2017
Qacarlar "İran" demək deyil - Faiq Ələkbərli
23:12 / 13-10-2017
ОТВЕТ В.А.ШНИРЕЛЬМАНУ
23:08 / 13-10-2017
Könüllərin Fatehi: Şah İsmayıl Xətai (III hissə)
21:47 / 12-10-2017
Tarixdə ilk Qızılbaş hərəkatı - Babailər
22:27 / 09-10-2017
Nadir şahın hərbi dəniz donanması yaratmaq cəhdləri
22:15 / 09-10-2017
Qafqazda erməni dövlətinin yaranması (III hissə)
20:29 / 06-10-2017
Könüllərin fatehi: Şah İsmayıl Xətai (II hissə)
20:25 / 06-10-2017